BVF: Qlobal borc rekord səviyyəyə yüksəlib - XƏBƏRDARLIQ
Beynəlxalq Valyuta Fondu (IMF, BVF), qlobal borcun 2020-ci ildə 226 trilyon dollar ilə rekord səviyyəyə yüksəldiyini qeyd edərək, İkinci Dünya müharibəsindən bu yana ən böyük bir illik artımın qeydə alındığını və qlobal faiz dərəcələrinin gözləniləndən daha sürətli yüksəldiyini açıqlayıb.
Beynəlxalq Valyuta Fondunun (IMF, BVF) əməkdaşları qlobal borclar ilə bağlı bloq məqaləsi qələmə alıblar.
Marja.az xəbər verir ki, məqalədə BVF-nin əməkdaşları, dünyanın qlobal səhiyyə böhranı və dərin bir durğunluqdan təsirləndiyi 2020-ci ildə qlobal borcun 226 trilyon dollara yüksəldiyini və 2-vi Dünya müharibəsindən bu yana ən böyük illik borc artımının müşahidə edildiyini qeyd ediblər.
Məqalədə, hökumətlərin, rekord yüksək borc səviyyələrilə, yeni virus mutasiyaları və yüksələn inflyasiya ilə qarşı-qarşıya olduqları bildirilib.
Məqalədə, "Mərkəzi banklar yüksək borc və artan inflyasiya qarşısında doğru tarazlığı təmin etməlidirlər",- bildirilir.
Qlobal borcun 2020-ci ildə qlobal ümumi daxili məhsulun (ÜDM) 256%-nə yüksəldiyi qeyd edilən məqalədə, dövlət borclarının ÜDM-in 99%-i kimi rekord bir səviyyəyə yüksəldiyi vurğulanıb.
Yazıda, maliyyə olmayan şirkətlərin və ailələrin də borclarının artığı qeyd edilib.
Borc artımlarının xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda diqqət çəkdiyi bildirilən məqalədə, bu ölkələrdə 2007-ci ildə 70% səviyyəsində olan dövlət borcunun ÜDM-ə nisbətinin 2020-ci ildə 124%-ə yüksəliyi qeyd edilib.
Məqalədə, dövlət borcunun hal-hazırda cəmi qlobal borcun təxminən 40%-ni təşkil etdiyi, bunun 1960-ların ortalarından bu yana ən yüksək nisbət olduğu bildirilib.
Borc dalğalanmasının xüsusilə maliyyə şərtləri sərtləşdikcə (faizlər artdıqca) kövrəklikləri artırdığı xəbərdarlığı edilən məqalədə, yüksək borc səviyyələrinin hökumətlərin iqtisadi bərpanı dəstəkləmək qabiliyyətilərini və özəl sektorun da sərmayə yatırmaq gücünü məhdudlaşdırdığı bildirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
