“Lukoyl” Azərbaycanda “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək
"Lukoil" "Şahdəniz"in operatoru olmaq iddiasında deyil.“Lukoyl” “Şahdəniz” layihəsində mövcud paydan razıdır.
Marja-nın məlumatına görə, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov jurnalistlərə bildirib ki, şirkət "Petronas"dan layihənin 9,99%-ni aldıqdan sonra daha böyük pay almaqla layihənin operatoru olmağa çalışmayacaq.
“Xeyr, BP-nin operatorun missiyasını yerinə yetirməsindən razıyıq” - o deyib.
Ələkbərovun sözlərinə görə, 9,99%-lik alqı-satqı üzrə sövdələşmə artıq imzalanıb və ödəniş birinci rübdə həyata keçiriləcək.
Şahdəniz qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 km cənub-şərqdə yerləşir. Layihə hasilatın pay bölgüsü sazişi (PSA) çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində kommersiya istehsalına 2006-cı ildə başlanılıb. “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.
V. Ələkbərovun sözlərinə görə, 9,99 %-lik alqı-satqı üzrə sövdələşmə artıq imzalanıb və ödəniş birinci rübdə həyata keçiriləcək.
Bundan əvvəl bildirilmişdi ki, “Lukoyl” layihə tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət olunması məsələsi ilə bağlı danışıqlardan sonra, “Şahdəniz” layihəsində “Petronas”dan aldığı payı 15,5 %-dən 9,99 %-ə endirəcək. Eyni zamanda, razılaşmanın məbləği 2,25 milyard ABŞ dollardan 1,45 milyard ABŞ dollara qədər azalacaq.
Sövdələşmə haqqında 2020-ci ilin oktyabrında elan edilib. Daha sonra “Lukoyl” layihədə 15,5 % almaq və bununla da öz payını 10 %-dən 25,5 %-ə yüksəltmək niyyətində olub. Lakin dekabrda layihənin operatoru olan Böyük Britaniyanın BP şirkəti 28,8 %-ə sahib olmaqla, öz payını 1,16 % artırmaqla 168 milyon ABŞ dollara alaraq artırmağa qərar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















