Azərbaycanda 57 çeşiddə məhsul istehsal olunacaq mərkəz işə düşdü
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən Naxçıvanda “Tudor Logistik və Sənaye Mərkəzi” yaradılıb.
Marja.az holdinqin yaydığı məlumata istinadən xəbər verir ki, mərkəz əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Burada qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri yaradılmışdır.
“Tudor Logistik və Sənaye Mərkəzi”ni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov işə salmışdır.
İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, 57 çeşiddə məhsul istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidməti otaqlarda vardır. Müəssisədə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanması təmin ediləcəkdir ki, bu da əhalinin və yerli istehsal müəssisələrinin bu məhsullara olan tələbatının fasiləsiz təmin edilməsinə və daxili bazarın qorunmasına töhfə verəcəkdir. İstehsal olunan məhsulların muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov sahibkarlar adından minnətdarlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















