Dolların məzənnəsinə bağlı Türk lirəsi depozit məhsulunun detalları açıqlandı
Valyuta məzənnəsinə indeksli Türk lirəsi depozit məhsulunun detalları açıqlanıb.Türkiyənin Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının gündəmində olan məzənnəyə bağlı (indeksli) Türk lirəsi depozit məhsulunun detallarını açıqlayıb.
Marja.az xəbər verir ki, əmanət hesablarını 3, 6, 9 və 12 ay müddətlərinə açmaq mümkün olacaq. Müddətin sonunda məzənnənin dəyişməsinin faiz nisbəti əmanətin faizindən yüksək olması vəziyyətində yaranacaq fərq müştərinin hesabına TL-də olmaqla Maliyyə Nazirliyi tərəfindən köçürüləcək. Müddətdən əvvəl hesabdan pul çıxarılması vəziyyətində hesab müddətsiz hesaba çevriləcək, faiz almaq haqqı ortadan qalxacaq.
Məlumata görə, əmanətin açılış günü və son müddəti dövründə məzənnənin dəyişməsu nisbəti müqayisə ediləcək. Əgər məzənnənin artım nisbəti (Dolların bahalaşması faizi) əmanətin faizindən yüksək olarsa aradakı fərq təzminat olaraq əmanətçiyə ödəniləcək.
Məzənnə fərqinin hesablanması üçün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) hər gün saat 11:00-də dolların məzənnəsini yayımlayacaq.
Əmanətin minimum faiz dərəcəsi TCMB-nin Pul Siyasəti Faiz Nisbəti olaraq tətbiq olunacaq.
Sistemə istəyən hər bank qoşula biləcək.
Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Lirəsi (TL) əmanətləri üzrə yeni aləti açıqlayıb.
Ərdoğan, "Məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif edirik. Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməsinə ehtiyacı qalmayacaq”,- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















