Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlandı
bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsinin operatoru olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilmişdir. Qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyiŞimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanmışdır.
İkinci quyunun qazma əməliyyatları11 dekabr tarixində başlanmışdır və təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.
İkinci kəşfiyyat quyusunun qazma işləriAbşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4400 metrə çatacağı planlaşdırılır.
bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR - 50% və LUKOİL - 25%.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























