Neftin ucuzlaşmasının 6 səbəbi
İstehsalçıların bütün səylərinə baxmayaraq neftin ucuzlaşması davam edir.
Təxminən 2 həftədir "ayıları" dəstəkləyən informasiya axınına, Donald Trumpın ABŞ-ı Paris Müqaviləsindən çıxarması əlavə olunanda Brent neftin barrel qiyməti yenidən 50 dollardan aşağı düşdü.
"Marja"nın məlumatına görə, 25 Mayda neft istehsalçılarının müqaviləsindən bu yana 6 dollara yaxınlaşan ucuzlaşmanın 6 səbəbinin olduğu görünür.
1. PARİS MÜQAVİLƏSİ - TRUMPIN SƏS MƏSƏLƏSİ
ABŞ Prezidenti Donald Trump haqqında FBI və Senatda Rusiya əlaqələrinə görə aparılan istintaq prosesi vəzifəsindən azad edilməsi ssenarilərini gündəmə gətirib. Vəzifəsinə başladığı 5-ci ayına hələ yeni başlayan Prezidentə seçici dəstəyi də azalıb.
"Fox News"ın müntəzəm olaraq həyata keçirdiyi sorğusunun 10-12 Fevral dövrü nəticələrində 48 faiz olan dəstək nisbəti 20-22 May sorğusunda 40%-ə geriləyib. Üstəlik, bu geriləmənin 5 bəndi bir ayda baş verib.
Trumpa 8 Noyabrda qələbəni təmin edən Ohayo, Pensilvaniya, Qərbi Virciniya kimi ştatlar tarix boyu kömür istehsalı mərkəzləri olublar. Paris Müqaviləsindən çıxış isə daha az xərclə daha çox kömür istehsalı deməkdir. Bu da eyni şəkildə Trumpı seçən kritik əyalətlərdə daha çox məşğulluq mənasına gəlir. Statistika məşğulluğun istehlakçı etibarını, bu etimadın da hakimiyyətdəki hökumətin səslərini dəstəklədiyini göstərir. Praqmatik müstəvi Trumpın ABŞ-ı Paris Müqaviləsindən çıxarmasının səbəblərindən birinin də bu səslər ola biləcəyini düşündürür.
Çünki Trump son açıqlamasında "Parisdən öncə Youngstown, Ohayo, Detroyt, Mişiqan, Pittsburq və Pensilvaniyanı ecazkar ölkəmizin digər bölgələrilə eyni yerə qoymaq zamanıdır" deyərək kömür istehsalçısı əyalətləri vurğulamışdı.
Ancaq bu təsir yalnız kömürlə məhdud deyil; Ekoloji məhdudiyyətlərin aradan qaldırılması neft hasilatını da dəstəkləyəcək. Daha çox quyunun açılması, təklifin artması və qiymətlərin düşməsilə nəticələnə bilər.
2. ABŞ-IN STRATEJİ NEFT EHTİYATININ SATILMASININ PLANLAŞDIRILMASI
Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-ın hazırda 688 milyon barel strateji neft ehtiyatı var. Trump, büdcəyə vəsait daxil olması üçün 2018-ci maliyyə ilindən etibarən bu ehtiyatın gələcək 10 il ərzində mərhələli olaraq yarısının satılmasını planlaşdırır.
Bu rəqəm gələcək 10 il üçün eyni nisbətlərdə gündəlik hesablanarkən Mart 2018-ə qədər olan OPEC-in hasilat azaltmasının təsirinin 5 faiz silinməsi anlamına gəlir. OPEC hasilatını gündə 1,2 milyon barel azaldır.
3. OPEC: İNANC PROBLEMİ
ABŞ-ın strateji neft ehtiyatının yarısını satmağa başlaması vəziyyətində Oktyabr ayından sonra OPEC-in səyləri məhdudlaşarkən, bazar OPEC-in qərarını yetərsiz görür.
25 May günü OPEC və OPEC-ə daxil olmayan istehsalçılar hasilatın azaldılması sazişini bu ilin İyun ayının sonundan 2018-in Mart ayının sonuna qədər uzatdılar. Bazarın ilk reaksiyası isə satış istiqamətində oldu; Qərar öncəsi 54,63 dollara satılan Brent nefti həmin gün 51 dollara düşdü.
İclasdan əvvəl sazişin 12 ay və daha uzun müddət uzadılması üçün mümkün ssenarilər danışılırdı. Səudiyyə və Rusiya müqavilənin 9 ay uzadılacağını əvvəlcədən tələffüz etdiklərindən, bu ehtimal neft qiymətlərində əks olunmuşdu. İclasdan daha uzun müddət çıxmadığı üçün "Gözləntini al, həqiqəti sat" tənliyi işə düşdü.
ABŞ-da hasilatın artması OPEC-in qəraını təsirsiz edə bilər. Rosneft-in rəhbəri İqor Seçin:
"ABŞ-da artan istehsa gələn il yeni təklif dalğası təhlükəsi yarada bilər. OPEC və digər neft istehsalçıları hasilatı azaldaraq boş yerə vaxt sərf etmiş ola bilərlər".
25 Mayda JP Morgan 2018 üçün Brent neftin qiymət proqnozunu 10 dollar aşağı salaraq 45 dollara çatdırıb.
4. ABŞ NEFT HASİLATI REKORD QIRIR
ABŞ neftinin təklifi artırmaqda rolu təkcə Paris İqlim Müqaviləsindən çıxışın istehsala əks olunması və Oktyabrda strateji neft ehtiyatından satışın başlayacağı ilə məhdud deyil.
ABŞ-da neft hasilatı gündə 9,34 milyon barelə çataraq 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəsinə çıxıb. 26 May həftəsində xam neft ixracı isə 678 min barel artımla sutkada 1,3 milyon barrelə çataraq rekordunu yeniləyib. Bu səbəbdən də qiymətdə azalma dayanmır.
Beynəlxalq Enerji Agentliyi (IEA) ABŞ-ın təsiri ilə OPEC xaricində bu il hasilatın artacağını gözləyir.
5. İSTEHSAL ARTIMI ABŞ İLƏ MƏHDUD DEYİL
İstehsal artımı yalnız ABŞ ilə məhdudlaşmır.
Son məlumata görə, OPEC-in gündəlik neft hasilatı Mayda əvvəlki ayla müqayisədə 315 min barel artaraq 32,21 milyon barelə yüksəlib. Yüksəlişə müqaviləyə qoşulmayan Liviya və Nigeriyada artan hasilat səbəb olublar. Səhralardakı problemlərin həll edilməsi ilə Liviyanın gündəlik hasilatı 210 min bareldən 887 min barrelə qədər qalxıb. Liviya və Nigeriyada artan hasilat OPEC-in hasilatını gündəlik 32,5 milyon barelə endirmək hədəfinə nail olmasına imkan vermir.
Liviyanın neft hasilatını daha da artıracağı gözlənilir.
6. NEFTİN KƏKİN BAHALAŞMASININ GÖZLƏNMƏDİYİ BARƏDƏ AÇIQLAMALAR
Bütün bu hadisələr qarşısında istehsalçılar bədbin açıqlamalar verərək qiymət azalmasına daha da təkan verirlər.
Rusiyanın inkişaf naziri Maksim Oreşkin çıxışında "40 dollardan aşağı neft qiyməti ilə əbədi yaşaya bilərik. Bütün makro-iqtisadi siyasətimiz 40 dollara görə tənzimlənmişdir",- deyib.
Brent nefti 100 dolların üzərindən 30 dollara düşdüyü dövrdə də ardıcıl buna bənzər açıqlamalar verilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
54 d. əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















