"Neftin qiyməti 2022-ci ildə 75 dollar/barel ətrafında qala bilər"
2022-ci ildə neftin qiyməti aşağı və ya yuxarı istiqamətdə 10% ətrafında dalğalanma ehtimalı ilə bir barel üçün 75 dollar səviyyəsində qala bilər.
Marja.az xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Bu gün gördüyümüz cari səviyyələr olduqca sabitdir: Bu, bir barel üçün 75 dollar civarında. Qiymətdə müsbət və ya mənfi 10% dəyişiklik ola bilər. Mənə elə gəlir ki, gələn il bu parametrlər qala bilər”, - deyə o bildirib.
Novak qeyd edib ki, dünya iqtisadiyyatının artması və neftə tələbat belə qiymətə səbəb olur.
“Bir çox agentliklər və analitiklərin proqnozlaşdırdığı kimi, iqtisadiyyat böyüməyə davam edəcək. Mən burada hazırkı səviyyədən kənara çıxmağa səbəb olacaq hər hansı risk görmürəm”, - deyə o əlavə edib.
Bu ilin əvvəlindən Brent markalı neftin qiyməti 51 dollar/bareldən hazırkı qiymət olan 76 dollara yüksəlib.
"Rusiya 2022-ci ildə neft hasilatını 540-550 milyon tona çatdıracaq "
Aleksandr Novak qeyd edib ki, Rusiya 2022-ci ildə neft hasilatını pandemiyadan əvvəlki səviyyəyə - 540-550 milyon tona çatdıra bilər.
Novak əlavə edib ki, neftə tələbat bərpa olunmağa davam edəcək, çünki dünya koronavirus infeksiyası şəraitində yaşamağı öyrəndiyindən, 2022-ci ilin sonuna qədər bu, böhrandan əvvəlki səviyyəyə çatacaq: “Proqnozlarımıza görə, tələbin bərpası davam edəcək. Pandemiyanın heç yerə getməməsinə baxmayaraq, hələ də dalğalar şəklində mövcud olsa da, dünyada istehlak artır. Bununla belə, ölkələr artıq koronavirus infeksiyası ilə necə yaşamağı öyrəniblər. 2022-ci ildə tələb gələn ilin sonuna kimi pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















