“Baku Steel Company” bəzi KİV-lərə müraciət etdi
“Baku Steel Company” bəzi KİV-lərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Bir sıra KİV-lərdə “Baku Steel Company” MMC-nin 2021-ci ildə "Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqələrinin qalib olması və şirkətin Metropolitenə armatur və katanka satacağı barədə xəbərlər yayılıb.
Lakin təəssüf edirik ki, xəbərlərdə rəsmi məlumatlarla yanaşı, heç bir əsası və sübutu olmayan, faktlara söykənməyən, subyektiv fikirlərə və daha öncə KİV-lərdə “qara PR” əsasında yayılmış şaiyələrə əsaslanan, eyni zamanda təhrif olunmuş formada təqdim edilən məqamlar da yer alıb. Bununla da keçirilən tenderin şəffaflığı sübhə altına alınır.
“Baku Steel Company” MMC olaraq rəsmi şəkildə bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və şirkətin tenderlərdə iştirakı zamanı qanunvericiliyin tələblərinə tam riayət olunub.
Hesab edirik ki, BSC haqqında bu cür xəbərlərin yayılması şirkətin 2021-ci il ərzində əldə etdiyi uğurların bəzi qüvvələr tərəfindən həzm edilməməsinin nəticəsidir.
Bu cür xəbərləri tirajlayan KİV-lərdən Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələblərinə əməl etmələrini, dəqiqləşdirilməmiş, sübut və faktlara söykənməyən, həmçinin qarşı tərəfin mövqeyinin əks olunmadığı materialları yaymaqdan çəkinməyi xahiş edirik. Bildiririk ki, gələcəkdə bu cür hallar baş verəcəyi təqdirdə “Baku Steel Company” MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun ölçü götürülməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























