Yüksək Texnologiyalar Parkında yeni rezidentlərin fəaliyyəti üçün infrastruktur təkmilləşdirilmələri aparılır

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində çalışır.
Parkın yaydığı məlumatda bildirlir ki, 2021-ci il ərzində YT Parkın fəaliyyəti çərçivəsində bir sıra mühüm nəticələr əldə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2021-ci il tarixli sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən qeyri-yaşayış (istehsalat) binalarının Baş planı təsdiq edilmişdir. Baş plana uyğun olaraq, AMEA Yüksək Texnologiyalar Parkı ərazisində komplektləşdirmə və abadlaşdırma fəaliyyətləri aparılmışdır.
Son bir il ərzində YT Parka ümumi investisiya məbləği isə 14 milyon manat təşkil edən 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil İndustry” MMC cəlb edilmişdir. Parka qəbul olunan yeni rezidentlər üzrə tikinti sahəsinin 31 000 m² olması və 187 yeni iş yerinin açılması nəzərdə tutulub.
Yeni rezidentlərin fəaliyyətlərinin tam olaraq həyata keçirilməsi üçün park ərazisində infrastruktur təkmilləşdirilmələri aparılmaqdadır. Bu istiqamətdə görülən əsas işlərdən biri isə istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətlərinin yenilənməsi ilə birlikdə, yanğın əleyhinə su kəmərləri sisteminin çəkilməsi, hidrantların quraşdırılması və elektrik xətlərinin yenilənərək təkmilləşdirilməsidir. Bu istiqamətdə işlərin 2022-ci ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır.
Hesabat ilində, iyulun 8-də Yüksək Texnologiyalar Parkında icra olunan yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev texnoparka yeni rezident kimi qəbul olunmuş “Proline Chemicals” MMC-nin rəhbərinə rezidentlik şəhadətnaməsini təqdim etmiş və şirkətin məhsulları ilə tanış olmuşdur. Eyni zamanda AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyasında görülmüş işlərə baxış keçirilmiş, “İntertek” şirkətinin laboratoriyasının, rezident “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat müəssisəsinin açılışı və rezident “Tak Noosh Group” MMC-nin istehsalat binasının təməlqoyma mərasimi həyata keçirilmişdir.
2021-ci il ərzində görülmüş işlərdən biri də yeni rezidentlərdən olan “Tak Noosh Group” MMC və “Bakı Polimer İstehsalat” MMC tərəfindən istehsal avadanlıqlarının idxal olunmasıdır. Hazırda avadanlıqlar texnopark ərazisindədir.
Bundan əlavə, texnoparkda olan inkişaf inzibati şəkildə də öz təsirini göstərmişdir. Belə ki, ştat cədvəli təsdiq edilmiş və 50 faiz nisbətində yüksəldilmişdir.
Hesabat ilində, həmçinin illik maliyyə hesabatlarının audit yoxlanışı aparılmışdır. Müstəqil auditor “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin illik maliyyə hesabatlarına müsbət rəy vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
