Siandan Bakıya növbəti konteyner qatarı çatıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “ADY Konteyner” şirkəti bu ölkədə yeni əməkdaşlığa start verib.
“ADY Konteyner” MMC-nin yaydığı məlumatda bildirilir ki, İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Xian Free Trade Port Construction and Operation Co.”şirkəti ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi üzrə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılması həyata keçirilib.
Qatar Çindən dekabr ayının 6-da yola salınıb. Hava şəraiti ilə əlaqədar konteynerlərin Xəzər dənizi ilə Aktau limanından Bakıya çatdırılmasında bir neçə günlük ləngimə yaranıb. Azərbaycana müxtəlif təyinatlı yüklər gətirən, hər biri 40 futluq olmaqla 50 konteynerdən ibarət qatar Bakıya dekabrın 29-da çatıb.
Konteynerlər Bakıya Xəzər Dəniz Gəmiçiliyinin “Qaradağ” fider gəmisi vasitəsilə gətirilib.
Müqavilə çərçivəsində Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək.
Qeyd edək ki, Çin şirkətləri ilə əməkdaşlıq 2019-cu ilin aprelində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Pekində, “Azərbaycan Dəmir Yolları” QSC ilə əldə edilən nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşmasından sonra daha geniş vüsət alıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 11 d. əvvəl
-
39 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
44 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















