Alüminiumun qiyməti öktyabrdan bəri ən yüksək səviyyədə!
Avropada alüminium istehsalının azalması qiymətlərin oktyabr ayından bəri ən yüksək səviyyəyə qalxmasına səbəb olub.
Marja xəbər verir ki, alüminium qiymətləri artarkən, Qazaxıstanda baş verən hadisələr qlobal tədarükü təhdid etdiyi üçün mis qiymətləri də yüksəlir.
London Metal Birjasında alüminiumun qiyməti 2% artaraq bir tonu üçün 2980 dollara yüksələrək, oktyabrın 21-dən bəri ən yüksək qiymətə çatıb.
Fransa və İspaniya kimi ölkələrdə enerji xərclərinin artması səbəbindən istehsal azalıb. "Shanghai Dongwu Jiuying Investment Management" Avropada hasilatın azaldılması və enerji çatışmazlığının yaza qədər davam edə biləcəyini qeyd edib.
Mis qiymətləri isə Qazaxıstanda hökumət əleyhinə nümayişlərdən sonra qalxır. Ölkədə mədənlərdə dağıntı olmasa da, risklər qiymətləri dəstəkləyir. Ötən ilin ilk 11 ayında Çinin mis idxalının 8 faizi Qazaxıstandan olub. Mis 0,6 faiz, nikel 1,2 faiz, sink isə 0,6 faiz bahalaşıb.
"Citic Futures" də, Qazaxıstanda baş verən hadisələrin və Avropada istehsalın azaldılması səbəbindən tədarük çatışmazlığının əsas metalları dəstəkləyəcəyini proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















