Türkiyə ötən il pomidor ixracını 16% artırıb
2021-ci ildə Türkiyədən pomidor ixracının həcmi 363 milyon 290 min ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 16% çoxdur.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin hesabatında bildirilir.
Qeyd olunur ki, ötən il Türkiyədə yetişdirilən pomidor dünyanın 54 ölkəsində satılıb. Bu, Türkiyədən 313 milyon 270 mindollar dəyərində pomidor ixrac edildiyi 2020-ci ildəkindən üç ölkə çoxdur.
Türkiyə pomidorunun ən böyük bazarı Rusiya olub, bu ölkəyə keçən il 68 milyon dollarlıq məhsul göndərilib. Siyahıda ikinci yerdə Rumıniya gəlir – 58,33 milyon dollar.
Eyni zamanda, 2021-ci ildə Türkiyədən pomidor tədarükündə faiz baxımından ən böyük artım Bolqarıstanın payına düşüb. Əgər 2020-ci ildə bu ölkəyə 28,82 milyon dollarlıq pomidor göndərilmişdisə, 2021-ci ildə bu rəqəm 40,96 milyon dollara (42% artım) çatıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)





