Qlobal iqtisadi artım 2021-ci ildə bərpa olunduqdan sonra 2023-cü ilə qədər yavaşlayacaq
Ötən ilin bərpasından sonra qlobal iqtisadiyyatın artım tempi 2023-cü ilin sonuna qədər pandemiya, inflyasiyanın sürətlənməsi və yüksək borc səviyyəsi fonunda yavaşlayacaq.
Marja xəbər verir ki, belə proqnozlar Dünya Bankının yanvar ayı üzrə “Dünyanın İqtisadi Görünüşü” adlı hesabatında yer alıb.
“2021-ci ildə güclü bərpadan sonra qlobal iqtisadiyyat COVID-19-un yeni ştamlarının yayılmasının yeni təhdidləri, inkişaf etməkdə olan ölkələrdə, eləcə də inkişaf etməkdə olan bazarlarda canlanmanı təhlükə altına ala biləcək artan inflyasiya, borc və gəlir bərabərsizliyi fonunda aydın yavaşlama dövrünə qədəm qoyur ”, - hesabatda bildirilir.
Hesabata görə, dünya iqtisadiyyatının artım tempi əhəmiyyətli dərəcədə azalacaq - 2021-ci ildəki 5,5%-dən 2022-ci ildə 4,1%-ə, 2023-cü ildə isə 3,2%-ə qədər.
“Omikron ştammının sürətlə yayılması pandemiyanın iqtisadi fəaliyyətə mənfi təsirinin yaxın gələcəkdə də davam edəcəyini göstərir. Bundan əlavə, ən böyük ölkələrin, o cümlədən ABŞ və Çinin iqtisadiyyatlarının artım templərinin nəzərəçarpacaq dərəcədə azalması inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə xarici tələbata mənfi təsir göstərəcək”, - deyə Dünya Bankı bildirib.
“Dünya iqtisadiyyatı eyni vaxtda COVID-19, inflyasiya və siyasi qeyri-müəyyənlik problemləri ilə üzləşir. Artan bərabərsizliklər və təhlükəsizlik problemləri xüsusilə inkişaf etməkdə olan ölkələr üçün ağrılıdır”, - deyə Dünya Bankının prezidenti David Malpas bildirib.
“Daha çox ölkənin faydalı iqtisadi artım yoluna çıxması üçün bütün beynəlxalq ictimaiyyətin birgə səyi və geniş spektrli milli siyasət lazımdır”.
Mütəxəssislər bir tərəfdən inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında iqtisadi artım templərində artan uyğunsuzluğa diqqət çəkirlər. İnkişaf etmiş ölkələrdə artım templərinin 2021-ci ildəki 5%-dən 2022-ci ildə 3,8%-ə və 2023-cü ildə 2,3%-ə enəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə, Dünya Bankının proqnozlarına görə, iqtisadi artım 2021-ci ildəki 6,3%-dən 2022-ci ildə 4,6%-ə və 2023-cü ildə 4,4%-ə qədər azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















