Gecə neft daha da bahalaşıb
ICE birjasında Brent markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 89 dolları ötüb.Dünyada neft istehlakının artması ilə qiymətlər yüksəlir.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 89 dolları da keçib.
Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 2,4% bahalaşma ilə 88,59 dollardan, ABŞ xam nefti (WTI) isə 3% bahalaşma ilə 86,78 dollardan ticarət olunub.
Bugün Brent neftinin qiyməti 89,04 dolları da görüb.
Qeyd edək ki, sonuncu dəfə Brent neftin qiyməti 2014-cü ilin oktyabrında bir barel üçün 89 dollara çatmışdı.
Ekspertlərin neftin qiymətilə bağlı artım gözləntiləri davam edir. Omikronun yoluxma sürətinə baxmayaraq, neft son 4 həftəni istehlakın güclü qalması ilə müsbətdə bağlayıb. Digər tərəfdən, dünyanın ən böyük istehsalçı ölkələrinin hasilatı artırmaqda çətinlikləri də qiymətlərin yüksəlməsinə səbəb olur.
Brent nefti bu il 15%-ə yaxın bahalaşıb.
Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti "Vitol Group" hesab edir ki, 2022-ci ildə artıq 15 faiz artmış neft qiymətləri kifayət qədər təchizat (təklif) olmadığı üçün daha da yüksələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
35 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 38 d. əvvəl
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb



















.jpg)





