Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbi proqnozunu artırdı
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal neft tələbatının artımı ilə bağlı proqnozuna yenidən baxıb.
Marja xəbər verir ki, IEA aylıq hesabatında qlobal neft tələbini gündəlik 99,7 milyon barrelə çatdırıb.
Parisdə yerləşən agentlik 2021 və 2022-ci illər üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu əvvəlki hesabatla müqayisədə 200 min barel artırıb. Hesabata görə, gündəlik istehlak müvafiq olaraq 5,5 milyon barel və 3,3 milyon barel artacaq.
Hesabatda, "Covid-19-a yoluxmalarda rekord artım var, lakin bu dəfə neft istehlakına təsiri məhduddur".
Agentliyin yeni proqnozları Londonda xam neftin qiymətinin son 7 ilin ən yüksək səviyyəsinə - 89 dollara çatmasından sonra ortaya çıxıb.
Hesabata görə, qlobal neft təklifinin 2020-ci ildə əvvəlki illə müqayisədə 1 milyon 500 min barrel artaraq 95 milyon 290 min barrel olduğu halda, bu il 101 milyon 500 min barrelə çatacağı təxmin edilir.
OPEC+ qrupu hasilatın azaldılmasını tamamilə yumşaltsa, bu il qlobal neft təklifinin günlük 6 milyon 200 min barel, o cümlədən OPEC+ qrupunun neft təklifinin 4 milyon 400 min barel, digər ölkələrin neft təklifinin gündəlik 1 milyon 800 min barel artacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















