Dövlət zəmanəti üzrə borclar Mərkəzi Bankın mənfəətilə də ödəniləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma məqsədi ilə aparılıb. Komitə sədri qeyd edib ki, qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən parlamentə təqdim olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik barədə açıqlamasında qeyd edib ki, 14-1-ci maddə yeni redaksiyada təklif olunur. Düzəlişə əsasən, "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir". Burada məqsəd gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bunun maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.
Sonra 2016-cı il dekabrın 16-da qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi ilə əlaqədar müxtəlif sahələr üzrə hesablaşmalar zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı bəzi qanunlara dəyişikliklərin edilməsi müzakirə olunub. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu məsələ ilə əlaqədar Əmək Məcəlləsinə, o cümlədən "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Sığorta fəaliyyəti haqqında", "İcbari sığortalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlara təklif olunan müvafiq düzəlişlər barədə ətraflı məlumat verib.
İclasda "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 12-2-ci maddəsinə ediləcək dəyişikliyin mahiyyəti barədə də danışılıb. Bildirilib ki, maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Təklif olunur ki, buraya "o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna" sözləri əlavə edilsin. Bu dəyişiklik Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə edilir.
Tədbirdə, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda nəzərdə tutulan redaktə xarakterli və digər zəruri dəyişikliklərə baxılıb.
Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
18 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
18 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
