Türkiyə şirkəti Azərbaycanda robot istehsal edəcək
Türkiyənin “Robotzadə” şirkəti “Robotlar Azərbaycana gəlir” şüarı ilə yeni ofisinin açılışını edib.
Şirkətin Azərbaycan ofisinin direktoru Əhməd Özaslanın verdiyi məlumata görə, “Robotzadə” şirkəti bir neçə ildir, Azərbaycandakı universitet, məktəb və müxtəlif şirkətlərlə əməkdaşlıq edir:
“Həm təlim, həm satış üzrə Azərbaycandan gələn ciddi tələblərə görə bu addımı atdıq. Azərbaycan və Türkiyənin sarsızlmaz qardaşlığı, bütün sahələrdəki geniş əməkdaşlıqları bizə də stimul verir ki, Türkiyənin texnologiya sahəsindəki, təcrübələrini qardaş Azərbaycana daşıyaq, İstedadlı Azərbaycanlı gənclərin istədikləri məhsullara əlçatanlığını təmin edək və birgə layihələr həyata keçirək. Bașda STEAM, Maker və Robot laboratoriyaları olmaqla robot detalları, robot kitləri, Arduino dəstləri, öyrədici dəstlər, dron detalları, 3D printerlər, sensorlar və bir çox məhsul ilə təxminən 3000 fərqli çeşidimiz mövcuddur”.
Ə.Özaslan onu da deyib ki, Azərbaycanın bütün bölgələrində olan məktəb və qurumlara laboratoriyaların təşkili və materialların satışını həyata keçirməyi planlaşdırırlar:
“Bildiyiniz kimi, bu il “Bayraqdar” şirkətinin böyük layihəsi olan “Texnofest” Azərbaycanda keçiriləcək. Bu da Azərbaycanın böyük zəfərdən sonra Türkiyə ilə birgə regionda texnoloji bilik və bacarıqların inkişafına xidmət edəcək, Azərbaycanı bu sahədə bölgənin lider dövlətinə çevirəcək. Bunun üçün də istər universitetlər, istər orta və peşə məktəbləri “Texnofest” üçün hazırlıqlara başlayır. Onlara lazım olacaq avadanlıqların hamısını mağazamızdan əldə edə bilərlər. İdeyalarının gerçəkləşdirilməsi üçün lazımi dəstəyi verməyə hazırıq!.
Direktor bildirib ki, uzun illərdir, Türkiyədə bu təhsil robotlarının, elektronik avadanlıqlarının istehsalı ilə məşğuldurlar:
“Ən böyük işimiz isə Azərbaycan markalı milli robot kitlərinin istehsalını həyata keçirmək olacaq. Artıq istehsalat mərkəzimiz üçün lazımi avadanlıq və laboratoriyanın hazırlıqlarını, demək olar, yekunlaşdırmışıq. Fevral ayından etibarən şirkətimizdə şagird, tələbə, mühəndis, müəllimlər, ümumiyyətlə, bu sahə ilə maraqlananlar üçün ödənişsiz təlimlərə, ideya müzakirələrinə, təhsil və kurslara start verəcəyik. Ümid edirik, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına, “Bir millət, iki dövlət” ideyasının möhkəmlənməsinə bizim də töhfəmiz olacaq”.
Qeyd edək ki, “Robotzadə” şirkətinin ofisi və mağazası Azadlıq prospekti, 48 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
9 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
9 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
10 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
12 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən




















