Azərbaycan zəfəranı ərəb ölkələrinə ixrac olunacaq - RAZILAŞMALAR
Azərbaycan sahibkarları Antaliya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalarla qayıdıblarYanvarın 18-21-də Türkiyənin Antalya şəhərində keçirilmiş 28-ci Beynəlxalq Qida və İçki Sərgisi çərçivəsində Azərbaycan sahibkarları yeni əməkdaşlıqlara dair ilkin razılıqlar əldə ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sərgidə təmsil olunan mürəbbə, təbii sıxım yağlarının və əzmələrin istehsalçıları distribüterliyə dair Türkiyə şirkətləri ilə, zəfəran istehsalçıları yerli zəfəran və ondan hazırlanmış məhsulların ərəb ölkələrinə ixracına, quru meyvə istehsalçısı isə qurudulmuş xurmanın Türkiyənin ticarət şəbəkələrində satışına dair ilkin razılıq əldə ediblər.
Qeyd edək ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə 15 mikro və kiçik sahibkarlıq subyekti məhsullarını təqdim edib. "Made in Azerbaijan" stendində quru meyvələr, təbii sıxım yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























