Meta-nın mənfəəti dördüncü rübdə azalıb
Adını “Meta” olaraq dəyişdirən “Facebook” ötən ilin oktyabr-dekabr dövrü üçün balansını açıqlayıb. “Meta” adı ilə ilk balans hesabatını təqdim edən “Facebook”un xalis mənfəəti ötən ilin son rübündə 8 faiz azalaraq 10,3 milyard dollara düşüb.“Meta” ötən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 33,7 milyard dollar təşkil edib. “Meta” 2020-ci ilin eyni dövründə 28,1 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin 2021-ci il ərzində gəliri əvvəlki ilə nisbətən 37% artaraq 117,9 milyard dollara yüksəlib.
“Meta”, bu ilin birinci rübündə onun gəlirinin 27-29 milyard dollar arasında olacağı gözləyir. Analitiklər şirkətin birinci rüb üçün gəlir proqnozunun 30,2 milyard dollar civarında olacağını gözləyirdilər.
Səhm üzrə mənfəət gözləntilərdən aşağı düşüb
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 8% azalaraq 10,3 milyard dollar olub. “Meta”, 2020-ci ilin oktyabr-dekabr dövründə 11,2 milyard dollar mənfəət açıqlamışdı. “Meta”nın xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 35% artaraq 39,4 milyard dollara çatıb. Virtual reallıq və ağıllı eynəklər, eləcə də hələ buraxılmamış digər məhsullar üzərində işləyən “Reality Labs” bölməsi keçən il 10 milyard dollardan çox zərər edib. Şirkətin 2020-ci ilin dördüncü rübündə 3,88 dollar olan səhm üzrə mənfəəti də ötən ilin eyni dövründə 3,67 dollara qədər azalıb. “Meta”nın səh başına qazancının bu müddət ərzində 3,84 dollar olduğu təxmin edilirdi.
Gözləntiləri qarşılaya bilməyən dördüncü rüb balans hesabatından sonra “Meta”nın səhmləri Nyu York Birjasının bağlanmasından sonra məhdud əməliyyatlarda 20 faizdən çox dəyər itirib.
“Facebook”un qurucusu Mark Zukerberq keçən il şirkətin adının “Meta” olaraq dəyişdirildiyini və şirkəti metaverse şirkətə çevirməyi hədəflədiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






