Goldman 2022-ci il üçün qızılın qiyməti proqnozunu açıqladı
Qlobal investisiya bankı "Goldman Sachs"ın strateqləri ABŞ-da faizlərin artdığı dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edərək, qızılın qiymətinin 2022-ci ilin sonunda 2150 dollara çatacağını düşündüklərini bildiriblər.
"Goldman Sachs"ın strateqləri, iqtisadi artımın yavaşlaması və artan inflyasiyanın 2022-ci ildə qızıla investisiya tələbini artıracağını, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2000 dollardan 2150 dollara yüksəltdiklərini bildiriblər.
Marja xəbər verir ki, ümumi investor gözləntilərinin əksinə olaraq ABŞ-da faiz dərəcələrinin yüksəldiyi dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edən Goldman strateqləri, ABŞ-da iqtisadi artımın yavaşlaması və inkişaf edən ölkələrin alıcılıq qabiliyyətinin artması ilə qızıl qiymətlərinin dəstəklənəcəyini vurğulayıblar.
Qızılın 2021-ci ildə yüksək inflyasiyaya qarşı kifayət qədər müdafiə (qorunma) təmin etmədiyini bildirən strateqlər, bunun daha çox inflyasiyanın müvəqqəti nəzərə alınmasından qaynaqlandığını bildiriblər.
Qızılın geosiyasi risklərə qarşı effektiv qorunmaq vasitəsi olduğunu qeyd edən strateqlər, geosiyasi risklərin ABŞ iqtisadiyyatına birbaşa təsir etmədiyi təqdirdə bu qorunmanın daha zəif ola biləcəyini bildiriblər.
Risk iştahı aşağı olduqda qızılın inflyasiyadan qorunma təmin etdiyini bildirən strateqlər, risk iştahının yüksək olduğu zaman Bitcoin-in inflyasiyaya qarşı qoruma təmin etdiyini qeyd ediblər.
Hazırda qızılın 1 unsiyası 1818 dollardan ticarət olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
-
16 d. əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 33 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
