Novruz bayramı günlərində Bakı–Şuşa–Bakı istiqamətində müntəzəm avtobus reysləri hər gün həyata keçiriləcək
Azərbaycan Respublikasının Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin şəhər və rayonlara Böyük Qayıdışın təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.
Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı–Şuşa–Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər artıq satışa çıxarılıb.
Qeyd edək ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı–Şuşa–Bakı və Əhmədbəyli–Şuşa–Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.
Bakı–Şuşa–Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan “www.yolumuzqarabaga.az” portalı üzərindən onlayn qaydada satılır.
Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























