"Manatın güclənməsi iqtisadiyyatı proqnozlaşdırmaq imkanlarını gücləndirir"
"Prezident İlham Əliyevin elan etdiyi iqtisadi islahatlar kursu Azərbaycan iqtisadiyyatının 1996-cı ildən başlayan tsiklinin yeni mərhələyə keçidini və yeni iqtisadi modelin quruculuğunu təmin edir. 2016-cı ilin əvvəlindən bu günə qədər prezident İlham Əliyevin qəbul etdiyi islahat aktlarının sayı 150-ni keçir ki, bu da özlüyündə iqtisadiyyatın inkişafı üçün 500 tapşırıq deməkdir".
Bunu Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, islahatlar ili kimi yadda qalan 2016-cı ildə qəbul edilən strateji yol xəritələri iqtisadi siyasətin sistemli, balanslı və elmə əsaslandırılmış formada aparılmasını təmin edir: "Prezidentin dizayn verdiyi iqtisadi islahatlar 3 əsas istiqaməti əhatə edir: struktur islahatları, biznes mühitinin təkmilləşdirilməsi (o cümlədən, təşviq mexanizmləri) və insan kapitalının inkişafı. Nəticə etibarı ilə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin sosial rifahının və iqtisadi təhlükəsizliyinin təmin edilməsi əsas hədəflərdir".
V.Qasımlı bildirib ki, islahatlar nəticəsində manatın sabitləşdirilməsi, inflyasiyanın nəzarət olunan həddə endirilməsi, qeyri-neft ixracatının həcminin və çeşidinin artması, həmçinin strateji valyuta ehtiyatlarının artımına nail olunub: "Azərbaycan manatı təxminən 10% güclənib. Manatın güclənməsi Azərbaycan iqtisadiyyatını proqnozlaşdırmaq imkanlarını gücləndirir. Manatın məzənnəsinin sabitləşməsindən sonra inflyasiya nəzarətə götürülüb. Biz makroiqtisadi sabitliyi təmin etməklə iki nailiyyət əldə etmişik. Birincisi, qeyri-neft sektorunda ixraca daha çox şəxsləri cəlb edə bilmişik. İkincisi, qeyri-neft sektorunda ixracı artırmağa nail olduq. Bu il qeyri-neft sektorunda ixrac 50% artıb. İndiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyətlərin real sektorun orta və uzunmüddətli dayanıqlı inkişafına transformasiya edilməsidir. Xüsusilə, maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə tədbirlər planının icrası və investisiya qoyuluşunun artması bu ildən başlayaraq iqtisadi artım tempinin bərpa edilməsinə gətirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl sektor dialoqu üçün bir platforma olaraq islahatların inklüzivliyi, effektivliyi və kommunikasiyası istiqamətində bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır".
©APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























