Məşhur naviqasiya xidməti Qarabağ üzrə xəritə dəyişikliklərini qəbul etdi
Qarabağ Xəritə Məlumatlarının fevralın ortalarından mayın ortalarına qədər “HERE” xəritə sisteminə tam inteqrasiya edilməsi nəzərdə tutulub.Xəritəçəkmə və naviqasiya xidməti “HERE” Qarabağ regionu üzrə xəritə dəyişikliklərini özündə əhatə edən data məlumatlarını qəbul edib.
Bu barədə “Marja.az”a Azərbaycanda xəritə dəyişikliklərinin təşkili üzrə işləri həyata keçirən “4Maps İnformasiya Texnologiyaları” şirkətindən bildirilib.
“4Maps İnformasiya Texnologiyaları” şirkəti biznes tərəfdaşı “HERE Global B.V.” şirkətinə müraciət edib və artıq şirkət müraciətə Bəyanat məktubu ilə cavab verib.
Bəyanat məktubunda deyilir:
"Bununla bəyan etmək istəyirik ki, “HERE Global B.V.” şirkəti biznes tərəfdaşı “4Maps İnformasiya Texnologiyaları” şirkətindən “4Maps İnformasiya Texnologiyaları” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” tərəfindən birgə yaradılmış Azərbaycan Respublikasının vahid parçası olan Qarabağ regionu üzrə xəritə dəyişikliklərini özündə əhatə edən data məlumatlarını qəbul edib (məktubda “Qarabağ Xəritə Məlumatları” olaraq istinad ediləcək).
“HERE Global B.V.” şirkəti “4Maps İnformasiya Texnologiyaları” ilə əməkdaşlığı və bu əməkdaşlığın sayəsində dəyərli və ən müasir Qarabağ xəritə məlumatlarını əldə etmək imkanını yüksək qiymətləndirir.
Qarabağ Xəritə Məlumatlarının ilin birinci rübün sonu, ikinci rübün əvvəli arasındakı müddətdə (2022-ci il fevralın ortalarından mayın ortalarına qədər) sistemə tam inteqrasiya edilməsi nəzərdə tutulub.
Nəticədə, bir neçə mövcud inzibati səviyyə yenilənəcək və “HERE” xəritə məlumatlarına yeni inzibati qurumlar əlavə olunacaq. Qarabağ Xəritə Məlumatları inteqrasiya edildikdən sonra o, “HERE xəritəsi” -ni baza kimi götürən iyirmidən çox HERE məhsulunda, müxtəlif alət və platforma xidmətlərində (o cümlədən, HERE WeGo, HERE Navigation On-Demand, HERE Xidmətləri (Coğrafi kodlaşdırma və Axtarış, HERE Marşrutlaşdırma, HERE Mövqeləşdirmə), HERE Alətləri (SDK, Analitika, Xidmət və Proqram Yaradılması, Xəritəçəkmə), HERE Places & Points daxil olmaqla, amma sadəcə bunlarla məhdudlaşmayaraq) görünəcək və Azərbaycan Respublikasına aid xəritə məlumatlarından istifadə edən hər bir HERE müştərisinə və tərəfdaşlarına əlçatan olacaqdır".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























