İnvestisiya etmək üçün əla təklif! - 8,5% GƏLİR TƏKLİF OLUNUR

(®) Ölkəmizin aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika, bank sahəsində olduğu kimi, kapital bazarında da uğurlu fəaliyyətini davam etdirir.
Belə ki, Bankın emissiya etdiyi 15 milyon manat dəyərində olan istiqrazlar Bakı Fond Birjasında (BFB) listinqə daxil edilib və 18 fevral 2022-ci il tarixində rəqabətli hərrac üsulu ilə yerləşdirilməsini planlaşdırılır.
İstiqrazlar haqda ətraflı məlumat:
- Qiymətli kağızın növü - faizli, təmin edilməmiş sənədli adlı istiqrazlar
-Nominal dəyəri – 1.000 AZN
- Sayı – 15.000 ədəd
- İllik faiz dərəcəsi (kupon) - 8,5%
- Faizlərin ödənişi - hər 6 aydan bir
- Tədavül müddəti- 2 il
- Anderrayter – “Paşa Kapital” İnvestisiya Şirkəti
“Bank Respublika”nın istiqrazlarını əldə etmək istəyən hər bir şəxs BFB-nin üzvü olan təşkilatlara müraciət edə bilər.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Bank Respublika”nın emissiya etdiyi 10 milyon manat məbləğində istiqrazlar BFB-də uğurla yerləşdirilmişdir. Hərrac zamanı Bankın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq nəticəsində hərracda tələb təklifi 30% üstələmişdir.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Ötən ilin nəticələrinə əsasən Bank bütün biznes sahələri üzrə dinamik inkişaf göstərmiş və aktivləri 19% artaraq 1,2 milyard manat, məcmu kapitalı 25% artaraq 104,48 milyon manat, xalis mənfəəti isə, 3 dəfə artaraq 19,5 milyon olmuşdur. Bank həmçinin, 2021-ci ildə Moody's beynəlxalq reytinq agentliyi tərəfindən ölkə bankları arasında olan ən yüksək beynəlxalq reytinqlərdən (B3) birini almışdır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
13 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
