Azərbaycana ilk dəfə minlərlə yeni nəsil poçt terminalları gətirilir - VİDEO
Artıq kuryerlər bağlamanı mənzilinizə gətirməyəcək. Belə ki, kuryerlər bağlamaları postamat terminallarına qoyacaq, müştərilər də istənilən vaxt oradan götürəcəklər. Qapalı və açıq məkanlarda yerləşdiriləcək postamat terminallarından bağlamaları 7/24 sürətli və təhlükəsiz şəkildə götürmək imkanı yaranacaq.
Proseslərin avtomatlaşdırılması və robotlaşdırılması hər bir şirkətin uğurudur. Bu sahədə kuryer şirkətləri xeyli irəliləyiblər. Amerikada və Avropa ölkələrində şirkətlər anbarlardakı malların robotlar tərəfindən çeşidlənməsi, supermarketlərdə özünəxidmət kassaları yaradılması, bağlamaların dronlarla çatdırılmasını həyata keçirirlər.
Ölkəmizdə də tendensiya bu istiqamətdədir. Lakin şirkətlər müştərilərə keyfiyyətli xidmət göstərmək üçün logistika məsələlərində müxtəlif problemlər yaşayırlar, məhsulların qəbul edilməsindən, yerləşdirilməsi və müştərilərə çatdırılmasınadək əlavə xərclər çəkirlər.
Bu problemin həlli üçün ölkəmizdə də artıq yeni layihələr yaranır. Marja.az xəbər verir ki, buna nümünə olaraq “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən dəstəklənən “Poste” startapını göstərmək olar. “Poste” yeni nəsil logistika xidməti olaraq ölkəmizdə bağlama çatdırılması prosesini innovativ həll yolu ilə avtomatlaşdıran ilk şirkətdir.
Şirkətdən Marja-ya verilən məlumata görə, yüksək təhlükəsizlik sisteminə malik kilid texnologiyası ilə təchiz olunmuş terminallar-postamatlar qapalı məkanlarda və açıq havada təmassız istifadə üçün nəzərdə tutulub. İnsanlara əlçatan yerlərdə - yaşayış ünvanlarına, tədris müəssisələrinə yaxın, mağazalarda, ticarət və biznes mərkəzlərində quraşdırılmış avtomatlaşdırılmış terminallar yerləşir. Artıq olduğu yerindən asılı olmayaraq istifadəçilər bağlamalarını 7/24 sürətli və təhlükəsiz şəkildə almaq imkanı əldə edəcəklər.
Beləliklə, günün istənilən vaxtı sms və ya QR kod vasitəsilə kuryer və ya satıcı bağlamanı postamat terminallarına qoyur, müştərilər isə istədikləri vaxt bağlamalarını oradan götürə bilərlər. Qeyd edək ki, yüksək səviyyəli mühafizə və gecə-gündüz işləyən videomüşahidə həm satıcı, həm də alıcı üçün malların təhlükəsizliyinə zəmanət verir.
Xaricdə postamatlar təkcə mağazalarda deyil, küçələrdə də quraşdırılır. Amazon kimi böyük pərakəndə satıcıların və DHL kimi çatdırılma xidmətlərinin öz bağlama dolab şəbəkələri var. Bir ölkə və ya hətta bir şəhər daxilində çoxlu yerli şəbəkələr də var. Bir sözlə postamatlar 100-dən çox ölkədə uğur qazanaraq kuryer və müştəri arasındakı zaman problemini aradan qaldıran ən rahat vasitədir.
İlkin mərhələdə Bakı, Abşeron və Sumqayıtda 1000 ədəd “Poste” postamatları quraşdırılaraq həm hüquqi şəxslərə (şirkət, təşkilat, dövlət qurumları və s.), həm də fərdi qaydada bütün istifadəçilərə operativ və etibarlı çatdırılma xidməti göstərə biləcək.
Düşünürük ki, Poste startapı da Azərbaycanda poçt və çatdırılma əməliyyatlarının yeni bir mərhələsinə start verəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
14 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
14 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
14 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
15 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
15 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
