Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
TCMB faizə toxunmadıTürkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, TCMB siyasət faizini 14 faiz səviyyəsində sabit saxlayıb.
Bazar gözləntisi də faiz dərəcəsinin sabit qalacağı istiqamətində idi.
TCMB, son dövrlərdə inflyasiyanın yüksəlişinin iqtisadi əsaslardan uzaq qiymət formalaşmalarından, qlobal enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətlərindəki artımlardan, təklif proseslərindəki axsamalar kimi amillərdən və tələbin inkişafından qaynaqlandığını bildirib. Dayanıqlı qiymət sabitliyinin və maliyyə sabitliyinin bərqərar olması üçün atılan addımlar ilə dezinflyasiya prosesinin başlayacağı vurğulanıb.
“TCMB inflyasiyanın daimi azalmasına işarə edən güclü göstəricilər meydana çıxana və orta müddətli 5 faizlik hədəfə nail olunana qədər liralaşma strategiyası çərçivəsində sərəncamında olan bütün alətlərdən istifadəni qətiyyətlə davam etdirəcək”, - açılamada deyilir.
Qeyd edək ki, faiz endirimi dövrünə sentyabr ayında başlayan Türkiyə Mərkəzi Bankı, faizini sentyabr-dekabr ayları arasında 5 bənd azaldaraq 19 faizdən 14 faizə endirib. Yanvar ayında aqressiv yumşalma dövrünə fasilə verən TCMB bugünkü iclasında da siyasət faizini dəyişməz saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























