"Bu gün Azərbaycan və Rusiya arasında tarixi sənəd imzalanacaq"
"Bu gün Azərbaycan və Rusiya arasında çox vacib, tarixi sənəd imzalanacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüş zamanı bildirib.
"Gündəlik xeyli genişdir. Bu, xüsusi bir səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayacağıq”, - Azərbaycan Prezidenti deyib.
XXX
“Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə kifayət qədər genişdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, sözügedən bəyannamədə təqribən 40 bənd var və müxtəlif sahələri əhatə edir.
Kremlin yaydığı məlumata görə, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.
XXX
Putin: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir”
“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir, bu da iki ölkə arasında münasibətlərin daha da inkişafına zəmin yaradır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
V. Putin Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
“Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv öyrənilir, təbii ki, biz buna gələcəkdə də dəstək verəcəyik”, - deyə Rusiya lideri vurğulayıb.
V. Putin regional əlaqələrin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.
XXX
Putin Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı razılaşmanın olduğunu bildirib
"Prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik". Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var.
Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəklərini qeyd edib.
“İstənilən halda təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təminatı baxımından deyil, həm də iqtisadi-ticarət əlaqələrini inkişafı, nəqliyyat əlaqələrinin açılması baxımından da müəyyən razılaşmalar var. Bilirəm ki, mübahisəli məqamlar var, üzərində işləniləsi məsələlər var. Amma biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu proses sülh vasitəsilə, sülh yolu ilə inkişaf etsin. Və həmçinin, prosesə qoşulan bütün tərəflərin razı qalmasına çalışacağıq”, - Putin vurğulayıb.
XXX
İlham Əliyev: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır”
“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
Prezident İlham Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.
Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















