Azərbaycanın sığorta brokeri qlobal broker platformasına qoşulub
"Brokerslink" "Status Sığorta Brokeri"ni Azərbaycanda yeni nümayəndəlik kimi təyin edib.“Brokerslink” qlobal broker platforması Azərbaycandan olan “Status Sığorta Brokeri” MMC-ni qlobal şəbəkəsinə yeni filial kimi əlavə edib..
“Brokerslink”in yaydığı məlumatda bildirilir ki, baş ofisi Bakı şəhərində yerləşən müstəqil broker şirkəti “Status Sığorta Brokeri” 2021-ci ildə fəaliyyətə başlayıb. Şirkətə sığorta və təkrarsığorta bazarlarında, qlobal proqramların yerləşdirilməsi də daxil olmaqla, iyirmi ildən artıq təcrübəyə malik tanınmış sığorta mütəxəssisi Oksana Marinçenko rəhbərlik edir.
“Status Sığorta Brokeri” həm həyat, həm də qeyri-həyat sığortası sahələrində olmaqla -məsuliyyət, inşaat, əmlak, yük, həyat və sağlamlıq kimi icbari və könüllü sığorta növləri üzrə xidmətlər göstərir.
“Status Sığorta Brokeri” şirkətinin direktoru və səhmdarı Oksana Marinçenko belə şərh edib: “Biz güclü qlobal broker platforması olan “Brokerslink” şəbəkəsinə qoşulmaqdan məmnunuq. Biz böyük təcrübəyə malik yüzlərlə beynəlxalq brokerlə işləməyi səbirsizliklə gözləyirik və Azərbaycandakı həmkarlarımızın istənilən hər bir müştərisinə dəstək olmaq üçün xidmətlərimizi təklif edirik”.
“Brokerslink”in Avropa üzrə Regional Menecer Denise Nart bildirib: “Biz bütün dünyada müstəqil brokerlərin təcrübə və bacarıqlarını dəstəkləməyə çalışırıq. Yerli tərəfdaşlarımızın və filiallarımızın hər biri qlobal risklə bağlı unikal perspektivli təkliflər edir və onlar birlikdə güclü bilik, əməkdaşlıq və beynəlxalq brokerlik mükəmməlliyi şəbəkəsi yaradırlar. Status Sığorta Brokeri Brokerslink cəmiyyətində salamlamaqdan məmnunam.”
Qeyd edək ki, "Brokerslink AG" unikal struktura malik tamamilə müstəqil şirkətdir. "Brokerslink" qlobal broker platformasını ümumdünya broker şəbəkəsi ilə birləşdirir. O, peşəkar, innovativ risklərin idarə edilməsi və sığorta təcrübəsi, beynəlxalq bazar kommunikasiyaları və dünya səviyyəli məsləhət xidmətləri ilə 125-dən çox ölkədəki müstəqil tərəfdaşlarını (şirkət səhmdarlarına) və filiallarını (səhmdar olmaq imkanına malik olan müəssisələrə) təmin edir.
"Brokerslink" və onun səhmdarları təxminən 25.000 müstəqil broker və risk məsləhətçisindən ibarət şəbəkəyə sahibdirlər və idarə edirlər.
Brokerslink-in müştərilərinin əhəmiyyətli bir hissəsi risklərin qiymətləndirilməsi, risklərin idarə edilməsi və sərfəli sığorta həllərinin hazırlanması və tətbiqi sahəsində dəstəyə ehtiyacı olan çoxmillətli və mürəkkəb təşkilatlardır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
48 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























