“CityNet" yeni tarifini təqdim edir
Artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paket şəklində əldə etmək mümkün oldu!
(®) Abunəçilərə təqdim etdiyi yüksək sürətli internet və keyfiyyətli IPTV xidməti ilə daima fərqlənən “CityNet” internet provayderi bu dəfə də yeni və daha sərfəli tariflə müştərilərini sevindirir. Yeni tarifə əsasən, “CityNet”in müştəriləri artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paketdə əlverişli şərtlərlə əldə edə biləcəklər.
Artıq 30 mbit/s internet, 200 TV kanal və İP telefoniya xətti xidməti sadəcə 25 AZN-dən başlayan qiymətlə təqdim olunur. Bununla da abunəçilərin daima rahatlığını düşünən “CityNet” İnternet+TV+İP telefoniya xətti xidmətini vahid paketdə təqdim edərək özəl sektorda daha bir yeniliyə imza atır.
Abunəçilər bu üç xidməti daha sərfəli qiymətə əldə etməklə birlikdə, bu xidmətlərə görə aylıq abunə haqqını bir hesabdan daha rahat idarə etmək üstünlüyünü də əldə edirlər. Qeyd edək ki, İnternet+TV+İP telefoniya xətti xidmətinə qoşulan abunəçilərə İnternet ruter və TV Box abunəlik dövrü ərzində istifadəyə pulsuz verilir və bu kampaniya məhdud müddətdə davam edəcəkdir.
“CityNet” Bakı, Sumqayıt və Xırdalan şəhərlərində FTTB (Fiber to the Building – Binaya qədər fiber-optik) texnologiyası əsasında yüksək sürətli sabit internet və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidməti göstərir.
Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından da yoxlamaq mümkündür. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq kifayət edir. “CityNet” xidmətlərinə qoşulmaq üçün sadəcə zəng mərkəzinə zəng edib sifariş vermək kifayətdir. Şirkət haqqında daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytından əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
4 d. əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
-
- 29 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
