Korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək – Azərbaycanda ilk dəfə
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində meyvə bağlarının sığortası da nəzərdə tutulub.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, ölkədə becərilən əksər meyvələr aqrar sığorta olunan bitkilərin siyahısına daxil edilib. Hazırda portağal, limon, naringi, üzüm, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı bağlarını Aqrar Sığorta Fondunda 50%-lik dövlət dəstəyi ilə sığorta etmək mümkündür.
Aqrar sığorta meyvə bağlarını dolu, şaxtavurma (donvurma), sel və subasma, yanğın, qasırğa, fırtına, leysan, ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalayır. Sözügedən hallar baş verdikdə sığortalanmış bağlara dəyən zərərə görə Fond tərəfindən kompensasiya edilir.
Bununla yanaşı, aqrar sığorta vasitəsilə meyvə bağlarını dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən, yəni qiymətinin ucuzlaşmasından da sığortalamaq mümkündür.
Dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolu vurması nəticəsində meyvələrin görünüş və keyfiyyətcə korlanması deməkdir. Sadə desək, dolu vurması nəticəsində meyvə, ağacın budağında qalsa da, onun qabığı zədələnir, çapılır, meyvənin üzərində ləkələr və qaralmalar yaranır.
Bu hal baş verdikdə, meyvə bağından əvvəlcədən planlaşdırılan miqdarda məhsul götürülsə də, onun keyfiyyəti aşağı olduğuna görə, fermer məhsulun satışında problemlə üzləşir və məhsulun satış qiyməti kəskin azalır.
Meyvə bağlarını və fermerləri belə risklərdən qorumaq məqsədilə - dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi riskindən sığorta tətbiq edilib. Bu sığortadan istifadə edən fermerlər - məhsullarının qiymətinin azalması nəticəsində onlara dəyən zərərə görə sığorta ödənişi alacaqlar.
Qeyd edək ki, dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən sığorta - ayrıca sığorta məhsuludur və onu əlavə ödəniş etməklə almaq mümkündür. Bu məhsul üzrə azadolma məbləği 10% təşkil etdiyinə görə, fermerlər məhsulun ucuzlaşması nəticəsində onlara dəyən zərərin 90%-i həcmində ödəniş ala bilərlər.
Misal: Şəkidə 80 sentner məhsul gözlənilən və hər sentnerin qiyməti 25 manat nəzərdə tutulan 1 hektar xurma bağının dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən sığortası üçün sığorta haqqı 25,2 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını - 12,6 manatını ödəyir, qalan hissəni fermerə dəstək üçün dövlət ödəyir.
Sığorta hadisəsi baş verdikdə, yəni dolu vurma və xurmanın keyfiyyətinin itirilməsi nəticəsində məhsulun qiyməti kəskin ucuzlaşaraq 1 sentner üçün əvvəlcədən nəzərdə tutulan 25 manatdan 5 manata enir. Nəticədə fermer hər sentnerdə 20 manat olmaqla, ümumilikdə 1600 manat zərərlə üzləşir. Bu halda bağ sözügedən riskdən sığortalandığına görə, həmin zərərin 90%-i, yəni 1440 manat həcmində sığorta ödənişi fermerə ödənilir.
Qeyd edək ki, meyvələrin satışına keyfiyyəti ilə yanaşı, görünüşü də böyük təsir etdiyinə görə, dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən sığorta meyvə bağları üçün çox mühümdür. Bu həm daxili bazar, həm də ixrac məqsədilə yetişdirilən meyvə bağları üçün vacibdir. Bağ sahibləri güzəştli şərtlərlə öz bağlarını və gəlirlərini təkcə miqdar itkisindən deyil, keyfiyyət itkisindən də qoruya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
3 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 27-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır


















