American Express Rusiya və Belarusda fəaliyyətini dayandırıb
Şirkətdən verilən açıqlamada Rusiya Federasiyasında buraxılan kartların ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyəcəyi bildirilib.Amerikanın American Express maliyyə şirkəti Rusiya və Belarusda xidmətlərin göstərilməsini dayandırıb.
Marja xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, Ukrayna ətrafında baş verənlərlə əlaqədar American Express “Rusiyadakı bütün əməliyyatları” dayandırır.
“Nəticədə dünya üzrə buraxılan American Express kartları Rusiyadakı banklarda və bankomatlarda artıq işləməyəcək”, - deyə açıqlamada bildirilir.
Bundan əlavə, “Rusiyada buraxılan kartlar ölkədən kənarda aktiv olmayacaq. Həmçinin biz Belarusdakı bütün biznes əməliyyatlarımızı dayandırırıq", - şirkət qeyd edib.
Bundan əvvəl American Express, anti-Rusiya sanksiyalarının tətbiqi fonunda, Rusiya Federasiyasındakı tərəfdaşları ilə əməkdaşlığı dayandırdığını elan edib. Şənbə günü beynəlxalq ödəniş sistemləri Visa və Mastercard Rusiyada fəaliyyətlərini məhdudlaşdırmaq qərarına gəliblər. Artıq Rusiya bankları tərəfindən buraxılmış bu ödəniş sistemlərinin bütün kartları Milli Ödəniş Kartı Sistemi sayəsində Rusiya daxilində işləməyə davam edəcək, lakin onlarda xaricdə istifadə etmək mümkün olmayacaqdır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















