"Rusiyada defolt riski xeyli artıb" - Ölkənin reytinqi daha da aşağı salındı
Moody's Rusiyanın kredit reytinqini "B3"dən "Ca"-a endirib. Reytinq üzrə proqnoz mənfidirBazar günü Moody's Investors Service Rusiyanın uzunmüddətli emitent (milli və xarici valyutada) və təminatsız borc (milli və xarici valyutada) üzrə reytinqlərini mənfi proqnozla "B3"dən "Ca"-a endirib.
Marja xəbər verir ki, Milli valyutada digər qısamüddətli reytinqlər dəyişməz qalıb.
Moody's izah edib ki, Rusiyanın reytinqlərinin aşağı salınması Rusiya Federasiyası Mərkəzi Bankının kapitala nəzarətinin transsərhəd ödənişləri, o cümlədən dövlət istiqrazları üzrə borc xidmətini məhdudlaşdıracağı qorxusu ilə bağlıdır.
Beləliklə, reytinqin “Ca” səviyyəsinə endirilməsi Rusiyanın borc öhdəliklərini ödəmək istəyi və qabiliyyəti ilə bağlı ciddi narahatlıqlarla bağlıdır. Eyni zamanda, Moody's-ə görə, Rusiyada defolt riski xeyli artıb.
Mənfi proqnoz, həmçinin sərt və razılaşdırılmış sanksiyaların tətbiqi ilə bağlı makroiqtisadi sabitlik üçün riskləri, eləcə də dövlət borcunun ödənilməsində gecikmələrin maliyyə təsirini və bank və korporativ sektorlardakı stressi əks etdirir. Bundan əlavə, Moody's-in məlumatına görə, sərt sanksiyaların nəticələri fonunda Rusiya iqtisadiyyatı 2022-ci ildə 7% azalacaq və 2023-cü ildə də enişi davam etdirəcək. Eyni zamanda, agentliyin proqnozuna görə, hətta geosiyasi risklərin azaldılması və suveren borclara xidmətin bərpası ilə belə, Rusiya Federasiyasının uzun müddət ərzində reytinqləri investisiya səviyyəsindən xeyli aşağıda qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















