ABŞ Rusiyadan dəniz məhsulları, araq və almaz idxalını qadağan edir - BAYDEN ÇIXIŞ ETDİ
Bayden: "ABŞ Ukraynada Rusiya Federasiyası ilə vuruşmayacaq, bu, üçüncü dünya müharibəsi təhlükəsi yaradar"ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni məhdudiyyətləri açıqlayıb.
Marja.az Baydenin çıxışından mühüm hissələri təqdim edir.
-ABŞ Prezidenti Bayden: Rusiya iqtisadiyyatını daha da izolyasiya edib, Putini daha da sıxışdıracağıq.
- Sanksiyalarımız ilə Rusiya iqtisdiyyatını yerlə-bir etdik, Rubl dəyərinin yarısını itirib, Moskva birjasını 2 həftədir açmırlar, çünki çökəcəyini bilirlər.
- Bayden deyib ki, ABŞ və NATO müttəfiqləri Rusiya ilə normal ticarət əlaqələri rejimindən çıxmaq niyyətindədirlər.
- "ABŞ Rusiyadan dəniz məhsulları, araq və almaz idxalını qadağan edəcək", - Bayden deyib.
- Bayden bildirib ki, G7 rus oliqarxlarının aktivlərini müsadirə etmək üçün tədbirləri gücləndirmək niyyətindədir.
- G7 ölkələri Rusiya Federasiyasının Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və digər qlobal maliyyə institutlarından vəsait ala bilməməsi üçün razılaşmaq niyyətindədir.
- Bayden: ABŞ Ukraynada Rusiya Federasiyası ilə vuruşmayacaq, bu, üçüncü dünya müharibəsi təhlükəsi yaradar, lakin onlar NATO ərazisini qoruyacaqlar.
- Bayden avtomobil, geyim və zərgərlik kimi dəbdəbəli malların Rusiyaya ixracını qadağan edən fərman imzalayacaq.
- Rusiya Federasiyasının Ukraynada kimyəvi silahdan istifadə edəcəyi təqdirdə yüksək bədəl ödəyəcəyini iddia edən Bayden, ABŞ-ın Moskvanın bu cür planları barədə məlumatı olub-olmadığını dəqiqləşdirməyib.
- ABŞ Xəzinədarlığı virtual valyuta ilə aparılan əməliyyatlarda anti-Rusiya sanksiyalarına əməl olunmasına diqqətlə nəzarət edəcək.
- Ağ Ev sanksiyalar altında olan Rusiya banklarının rəhbərlərinə və Dövlət Dumasının üzvlərinə qarşı tam bloklayıcı sanksiyaların tətbiq edildiyini elan edir.
- Baydenin yeni fərmanı gələcəkdə Rusiya iqtisadiyyatının istənilən sektoruna sərmayə qoyuluşuna məhdudiyyətlər qoymağa imkan verəcək.
XXX
20: 24 - "ABŞ Prezidenti Co Bayden Rusiyadan dəniz məhsulları, balıq, spirtli içkilər və brilyantların idxalını qadağan edən fərman imzalayıb", - Ağ Ev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























