"Sanksiyalara görə Rusiya Mərkəzi Bankının 300 milyard dollar qızıl-valyuta ehtiyatı dondurulub"
Siluanov bildirib ki, sanksiyalara görə Mərkəzi Bankın təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatı dondurulub. Bu, tənzimləyicinin ehtiyatlarının təxminən yarısıdır.Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalara görə dondurulub.
Marja.az xəbər verir ki, bunu Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov "Rossiya-1" telekanalında "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.
Anton Siluanov, jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib: "Bu, bizdə olan ehtiyatların təxminən yarısıdır. Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik".
Nazir əlavə edib ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasındadır. Eyni zamanda, hazırda Qərb dövlətləri Rusiyanın Çinlə ticarətini məhdudlaşdırmaq üçün ona təzyiq göstərirlər. "Əlbəttə, yuanda malik olduğumuz ehtiyatlara çıxışı məhdudlaşdırmaq üçün təzyiqlər var. Düşünürəm ki, Çin ilə tərəfdaşlığımız bizə əldə etdiyimiz əməkdaşlığı qoruyub saxlamağa və nəinki qoruyub saxlamağa, həm də artırmağa imkan verəcək. Qərb bazarlarının bağlandığı şəraitdə”, - Siluanov bildirib.
"BORCLARI RUBL İLƏ ÖDƏYƏCƏYİK"
Nazir qeyd ki, Rusiyaya dost olmayan ölkələrin borcları rublla ödəniləcək.
"Ancaq - bir daha təkrar edirəm - Rusiya Federasiyasına dost olmayan və qızıl-valyuta ehtiyatlarının istifadəsinə bu cür məhdudiyyətlər qoyan ölkələrə ödəməli olduğumuz borcları rubl ilə ödəyəcəyik”, - o vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















