Azərbaycanda dünya markalarının lüks avtomobillərinə böyük rəqib!
551 at gücü olan tam elektrikli avtomobil artıq Azərbaycanda!(®) Çinin ilk lüks avtomobil markası HONGQI (FAW Group) luks avtomobilləri istehsal edən yeganə Çin istehsalçısıdır.
HONGQI brendinin (Xuncı kimi oxunur) Azərbaycanda rəsmi distribyutoru olan Cahan Motors şirkəti E-HS9 modelini təqdim edir. Yalnız yüksək vəzifəli məmurlar və iş adamları üçün istehsal olunan HONGQI avtomobilləri hazırda Avropa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və dünyanın 16 ölkəsinə ixrac edilir. 2022-ci ilin cəmi iki ay ərzində Norveçə 3000 avtomobil idxal edilib.
İngilis dilində “qırmızı bayraq” mənasını verən HONGQI, rəsmi olaraq Toyota texnologiyası ilə qlobal avtomobil seqmentindəki bütün rəqiblərinə meydan oxuyur, həmçinin keçmiş Rollse-Royce dizayneri Giles Taylor-u 2018-ci ildə brendın baş dizayner vəzifəsinə dəvət edir.
Hongqi E-HS9 haqqında qısaca deyə bilərik ki, hazırda dünyanın lüks seqmentində bu ölçüdə tam elektrik 2-ci avtomobil yoxdur.
Hongqi E-HS9 modelinin xüsusiyyətləri: Avtomobilin uzunluğu 5 metr 20 sm, hündürlüyü - 2 metr, eni - 1 metr 70 sm. Fırlanma anı - 750 N/m. 551 at gücüna malik olan E-HS9, 100 km/saata 4,8 saniyəyə sürətlənməyə imkan yaradır. Litium batareyanın tutumu - 99 kVt/saat (bu gün Azərbaycanda ən çox enerji tutumlu akkumulyatordur). Bu akkumulyatorlarla siz idman rejimində 450 km, komfort rejimində isə 510 km məsafə qət edə bilərsiniz. Avtomobilin batareyasını doldurmaq çox asan və sürətlidir.
Hər bir E-HS9 müştərisinə Cahan Motors şirkəti tərəfindən portativ şarj cihazı hədiyyə olunacaq. (Ayrılmış dayanacaqda doldurmaq üçün) Maşının akkumulyator doldurma bölməsində 2 port var. AC portu və DC portu. Onlar Avropa standartlarına uyğundur. AC portu avtomobili ev şəraitində 220V şəbəkəsindən rahat şəkildə doldurmağa imkan verir. DC portu - Azərbaycanda mövcud olan şarj stansiyalarında enerji doldurmaq üçün tam rahat şəkildə nəzərdə tutulubdur. DC portu ilə siz elektrik stansiyalarından asılı olaraq minimum 30 dəqiqə və maksimum 2 saat ərzində akkumulyatoru tam doldurulmuş şəkildə əldə edə bilərsiniz. Avtomobilin akkumulyatoru doldurduğu zaman, eksteryerda yerləşən LED göstəriciləri sizə qalan doldurulma faizi haqqında məlumat verir.
Avtomobil pnevmatik və tam ötürücü ilə təchiz olunub. Gizli qapı tutacaqları sahibi üçün rahat giriş üçün təchiz edilmişdir.
Avtomobildə 4 monitor mövcuddur. Onlardan 3-ü sürücünün idarə paneli və multimedia sistemi, 4-ü isə sərnişin üçündür. Sərnişin monitoru xüsusi olaraq ön sərnişin tərəfindən filmlərə baxmaq, musiqi dinləmək, əyləncə və s. üçün istifadə etmək üçün nəzərdə tutulub.
E-HS9-un əlavə funksiyaları: Elektron sükan sütunu, elektron tənzimlənmə ilə çoxfunksiyalı sükan. Həm də uşaq rejimi (xarici səsləri boğur), tüstü rejimi (siqaret çəkənlər üçün), təzələmə rejimi, avtomatik parkinq, adaptiv kruiz kontrol, toqquşma zamanı avtomatik əyləc, piyadaların tanınması rejimi, sürət xəbərdarlığı, toqquşma xəbərdarlığı, köməkçi sistemləri mövcuddur. Əlavə olaraq avtomobildə kor nöqtə xəbərdarlığı, Zolaq Asisti, Panoramik Lyuk, Simsiz Doldurma Sistemi, Oturacaqların Yaddaş Rejimi, Atmosfer Daxili İşıqlandırma, 12 Dinamik, Bluetooth, Wi-Fi, USB və s.
Avtomobil sürücü, sərnişin, yan, arxa təhlükəsizlik yastıqları və pərdə təhlükəsizlik yastıqları ilə təchiz olunub. Avtomobil alətlər panelindəki start/stop düyməsi ilə işə salınır. 5 sürücülük rejimi mövcuddur - Eko, Normal, İdman, Xüsusi rejim və Offroad rejimlərindən istifadə edə bilərsiniz.
Eyni zamanda avtomobil 360 dərəcə FULL HD kamera ilə təchiz olunub. Bundan əlavə, 2D, 3D və Hündürlük baxış bucaqları mövcuddur.
Siz, linkə klikləməklə və ya aşağıdakı məlumatlardan istifadə etməklə avtomobillə tanış ola və test sürüşü keçirə bilərsiniz.
Ətraflı:
+994 55 234 55 45
Babək pr. 21/99 “Cahan Motors”
https://www.instagram.com/hongqi_azerbaijan/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
7 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
12 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
12 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
12 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
12 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)







.jpg)

