Rusiyanın bugün defolta düşəcəyi gözlənilir
Bloomberg Rusiya ilə bağlı məyusedici proqnozlar verib. Belə ki, defolt çərşənbə günü baş verə bilər. Analitiklər bunu 70% ehtimalla, təxminən, qaçılmaz adlandırırlar.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın 150 milyard dollar ödənilməmiş borcu var və ona görə 117 milyon dollar faiz ödəməyə ehtiyac var.
Rusiya Federasiyasının faiz ödənişi etməməsi və ya dollar əvəzinə rublla ödəmə cəhdi defolt demək olacaq.
CNBC yazır ki, Ukraynanın işğalına cavab olaraq Rusiya Mərkəzi Bankına tətbiq edilən beynəlxalq sanksiyalar ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini bloklayıb. Rusiyanın maliyyə naziri Sulianov bildirib ki, Rusiya təxminən 300 milyard dollarlıq ehtiyatından istifadə edə bilmir.
Rusiya dövləti çərşənbə günü iki suveren avrobond üzrə 117 milyon dollar faiz ödəməlidir ki, bu da təkcə mart ayında kreditorlara dörd ödəniş tarixindən birincisidir.
Ödənişin edilməməsi Rusiyanın 1998-ci ildən daxili borcunu ödəmədiyi ilk suveren defoltu və 1918-ci ildə Bolşevik İnqilabından sonra xarici valyuta borcuna görə ilk suveren defoltu olacaq.
Moskvanın borc öhdəliklərini necə yerinə yetirəcəyi qeyri-müəyyən olaraq qalırlar.
Rusiyanın maliyyə naziri Anton Siluanov bazar ertəsi bildirib ki, Rusiya bəzi ödənişləri etmək üçün Çin yuanı ehtiyatlarından istifadə edəcək, avro və dollar isə sanksiyalara görə əlçatmazdır.
Alternativ olaraq hökumət xəbərdarlıq edib ki, “düşmən” ölkələrin kreditorlarına ödənişlər rublla aparılacaq. Rusiya valyutası Ukraynaya müdaxilədən sonra kəskin ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















