Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətlərində sıçrayış

Rusiya ilə Ukrayna arasında davam edən müharibə və həftəsonu Yaxın Şərqdə baş verən hücumlardan sonra neft qiymətləri yeni həftəyə artımla başlayıb.
AzVak-mobil_resmin_ustu_31
Neft qiymətlərində sıçrayış
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

26 gündür Ukraynada davam edən müharibə, investorların diqqətini Yaxın Şərqdəki hadisələrə yönəltməsi ilə neft qiymətləri yüksəlib.

Marja xəbər verir ki, ABŞ tipli xam neft və Brent markalı neft 3 faizdən çox bahalaşıb. Son hadisələrin təsiri ilə Brent neftinin qiyməti 111 dolları keçib (Bakı vaxtı ilə saat 10%-də 111,50 dollar).

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynanın fundamental məsələlərdə razılığa yaxın olduğunu bildirsə də, Ukraynanın yüksək səviyyəli rəsmilərinin açıqlamalarında Rusiyanın hücumları artırdığına diqqət çəkilib.

Rusiya-Ukrayna müharibəsi neft bazarlarına təsirini davam etdirərkən, Səudiyyə Ərəbistanından gələn xəbərlər də bazarı gərginləşdirib.

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanının cənubuna göndərdiyi 9 pilotsuz uçuş aparatının (PUA) və bir ballistik raketin vurulduğunu açıqlayıb.

Husilərin sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanının bəzi nöqtələrini, o cümlədən milli neft şirkəti Saudi Aramco-nun obyektlərini ballistik raketlər və PUA-lar ilə hədəf aldıqlarını bildirib.

Neft tələbi baxımından Çinin Covid-19 tədbirləri yaxından izlənilir. Analitiklər  Çinin Covid strategiyasının qeyri-müəyyən olduğunu bildiriblər. Həmçinin bazar OPEC-in hasilatı artırıb artırmayacağına fokuslanıb.

21.03.2022 10:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19