Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.
Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.
Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.
Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin siqnallarının ötürülməsinə təsir etməyəcək.
Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində pilotsuz uçuş aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə bağlı hallar hələ də mövcuddur.
Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi mülki aviasiya üçün potensial riskdir.
Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin "Getvik" hava limanında yüzlərlə uçuş gecikdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








