Azərbaycanda yeni karbamid zavodunun tikintisi gündəmdədir
SOCAR-ın Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, yeni karbamid zavodunun tikintisi gündəmdədir.
Xəyal Cəfərov qeyd edib ki, hazırkı zavodda istehsal həcmlərinin artırılması mümkün deyil: “Çünki zavodun dizayna uyğun istehsal həcmi var və hansısa modifikasiya ilə bu həcmi artırmaq mümkün olmayacaq. Yeni karbamid zavodunun tikilməsi gündəmdə olub və hələ də gündəmdədir. Bu, dünya bazarlarında olan təlabatdan asılıdır. Ola bilsin, gələcəkdə belə bir qərar qəbul olunsun”.
Zavod direktoru vurğulayıb ki, hazırda SOCAR-ın karbamid zavodunda ammonyak qurğusunda məhsuladarlıq 94 faiz, karbamid qurğusunda isə 89 faizdir. Zavod maksimum gücə yaxın nəticələrlə işləyir.
Xəyal Cəfərov deyib: “Birincisi, indi karbamidə təlabat çox böyükdür. Karbamid üçün əsas xammal təbii qazdır və təbii qazın qiymətinin belə kəskin artması Avropada gübrə istehsal edən müəyyən zavodların bağlanmasına gətirib. Buna görə də, təklifin həcmi azalıb, təlabat isə daim artır.
Ona görə də, böyük rəqabət gözləmirik. İkincisi isə, bizim karbamidimizin öz bazar payı var və logistik nöqteyi-nəzərdən biz əlverişli bir yerdəyik. Azərbaycandan Qara Dənizə və ordan da dünya bazarlarına bizim karbamidi çıxarmaq kifayət qədər rahatdır. Həm qiymət, həm logistika xərcləri baxımından biz öz bazar payımızı möhkəm saxlamışıq”.
Qeyd edək ki, zavodda hazırda 475 nəfərdən çox işçi çalışır.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















