“Holcim “(Azərbaycan)" şirkəti xalis mənfəətini bölüşdürəcək - DİVİDEND ÖDƏNİLƏCƏK
08.06.2022-ci il saat 10:00-da “Holcim “(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6 ünvanında yerləşən “Hyatt Regency” hotelinin Quba zalında keçiriləcəkdir.
Marja xəbər verir ki, səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Holcim” (Azərbaycan) ASC-nin Səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi;
2. “Holcim” (Azərbaycan) ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi;
3. 2021-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi;
4. “Holcim” (Azərbaycan) ASC-nin Təftiş Komissiyasına üzvün təyin edilməsi;
5. “Holcim” (Azərbaycan) ASC-nin Nizamnaməsinə əlavələrin təsdiq edilməsi;
6. “Holcim” (Azərbaycan) ASC və “Holcim International Finance” LTD arasında borc müqaviləsinin müddətinin uzadılması.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC 2021-ci il üzrə məaliyyə nəticələrini, o cümlədən mənfəət və zərər hesbatını dərc etdirməyib. Şirkət 2019-cu ili 9 milyon 154 min manat, 2020-ci ili 2 milyon 150 min manat xalis mənfəət ilə başa vurub. “Holcim” (Azərbaycan) 2019 cə 2020-ci illərin maliyyə nəticələri üzrə dividend ödəyib. "Holcim Azərbaycan" ASC 2019 və 2020 maliyyə illəri üzrə səhmdarlarına bir səhmə görə - 2019-cu maliyyə ilinin yekunları üzrə 5,66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1,35 manat olmaqla cəmi 7,01 manat dividend ödəyib. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1303,86 manat dividend alıb. Bu gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub.
"Holcim Azərbaycan" ASC-nin səhmlərinin 66%-i "Holcim LTD"yə, 24%-i "Holcim Auslandbeteiligungs GmbH" şirkətinə, qalan faizləri isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























