PAŞA Banka müvəqqəti sədr təyin edildi
PAŞA Bankın İdarə Heyətində dəyişiklik1 iyul 2015-ci il tarixindən etibarən PAŞA Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor vəzifəsində çalışan Taleh Kazımov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Marja-nın əldə etdiyi məlumata görə, yeni təyinat haqqında qərarın qısa müddət ərzində qəbul edilməsindən irəli gələrək hazırda PAŞA Bank-ın İdarə Heyəti Sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə Bankın İdarə Heyətinin Sədr müavini Cavid Quliyev təyin edilib.
Yaxın zamanlarda İdarə Heyətinin tam tərkibdə təşkili həyata keçiriləcək və İdarə Heyətinin sədri vəzifəsinə təyinat baş tutacaqdır.
“Taleh Kazımovu bu təyinat münasibəti ilə təbrik edirəm və ona gələcəkdə uğurlar arzu edirəm. Əminəm ki, PAŞA Bankın İdarə Heyəti, Bankın 2020-ci ilin sonunda qəbul edilmiş 2021-2023-cü illəri əhatə edən strategiyasını yüksək səviyyədə icra etməyə davam edəcək” - PAŞA Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayev bildirib.
PAŞA Bank-ın kollektivi Taleh Kazımovu yeni təyinatı münasibətilə ürəkdən təbrik edir və gələcək karyerasında uğurlar arzu edir.

Cavid Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.
C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, "British Bank of the Middle East" bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini ("HSBC Group"-un Təlim İdarəetməsi Kolleci) bitirib.
2003-cü ildə C. Quliyev Unibankın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, Bank Standardın İdarə Heyəti sədrinin birinci müavini olub.
2012-ci ildə C. Quliyev "Capital Resources Advisors" şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.
C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 22 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 1 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilmişdir.
Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 saat sonra
-
-
5 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
7 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)







.jpg)





