"Azərsun" konserv zavodunun qapılarını jurnalistlərə açdı

İyunun 13-də "Azərsun Holdinq"in təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələri nümayəndələri “Qafqaz” konserv zavodunu ziyarət ediblər.
"Marja" xəbər verir ki, ziyarət zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, mal əti konservlərinin ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə tanış olublar. Müəssisə ilə tanışlıq zamanı jurnalistlər müasir texnologiyaların tətbiq edildiyi laboratoriyada olublar.
Jurnalistlər konservlərin istehsal prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə ediblər.
Zavod mütəxəssisləri tərəfindən geniş və ətraflı şəkildə məlumatlandırılan jurnalistlərin bütün sualları cavablandırılıb.
Xaçmaz şəhərində fəaliyyət göstərən Qafqaz Konserv Zavodu haqda məlumat verən zavodun direktoru Rustəm Rüstəmov bildirdi ki, bu müəssisədə 350-dən artıq işçi çalışır. Konserv Zavodu 2005-ci ildən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə, eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir.
Qeyd olunub ki, Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.
Qeyd edəki ki, son günlər mətbuatda mal əti konservlərinin mənşəyi bəlli olmayan ətlərdən hazırlandığı barədə məlumatlar yayımlanıb. Elə məhz bu günkü media turun da məqsədi bu xəbərlərə aydınlıq gətirmək, media mənsublarını zavoddakı iş prosesi ilə tanış etmək olub.
"Zavod yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir"
"Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu kimi səfərlərin MMC-nin tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə mütəmadi təşkil olunduğunu deyib.
Konserv məhsullarının istehsalı zamanı istifadə olunan halal sertifikatlı ətin xarici ölkələrdən alındığı və zavod daxilində fəaliyyət göstərən, ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanıldığı qeyd olunub. Media nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesi ilə birbaşa tanış olmaq imkanı qazanıb.
Jurnalistlərə bildirilib ki, zavod yarandığı gündən indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir. "Qafqaz Konserv Zavodunda emal olunan halal sertifikatlı ət Ukraynadan alınır. Buna görə, "Azərsun Holdinq" istehsal etdiyi konserv məhsulları ilə bağlı hər hansı şikayəti qəbul etmir. Qafqaz Konserv Zavodunda yaradılan müasir istehsal imkanları yüksək keyfiyyətli məhsulların istehsalına imkan verir. Zavodda həmçinin xammalın girişindən istehsalına qədər bütün mərhələlərdə yüksək nəzarət mexanizmi mövcuddur", - deyə holdinq rəsmisi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
