Azərbaycan İspaniyadan bal idxalına başlayıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 97 min 750 ABŞ dolları dəyərində 17,78 ton təbii bal idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, bu 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 48,8%, həcm ifadəsində isə 3,3% artıb.
Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal İspaniyadan olunub. Bu ölkə cari ilin ilk iki ayında Azərbaycana 48 min 650 dollar dəyərində 6,59 ton təbii bal ixrac edib. Ötən ilin eyni dövründə bu ölkələrdən Azərbaycana bal tədarük edilməyib.
Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən yanvar-fevral aylarında Azərbaycana 20 min 440 dollarlıq 4,08 ton bal tədarük edilib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 20,4% və 20,3% üstələyir.
Üçüncü yerdə olan İrandan isə ölkəyə 12 min 130 dollar dəyərində 3,95 ton bal göndərilib. Hesabat dövründə İrandan bal idxalı dəyər ifadəsində 48,5%, həcm olaraq isə 54,7% azalıb.
Hesabat dövründə ümumilikdə Azərbaycana 7 ölkədən təbii bal idxal olunub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan cəmi 1,57 min dollar dəyərində 0,07 ton təbii bal ixrac edilib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















