Ukraynanın büdcə kəsiri 5 milyard dollara çata bilər - BAŞ NAZİR
Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, yaxın aylarda Ukraynanın büdcə kəsiri 5 milyard dollara çata bilər. Onun sözlərinə görə, gələn həftə hökumətin maliyyə bloku Vaşinqtona uçacaq və orada BVF, Dünya Bankının nümayəndələri və ABŞ rəhbərliyi ilə görüşərək əlavə vəsait cəlb edəcək.Ukraynanın baş naziri Denis Şmıqal Amerikanın "ABC News" telekanalına müsahibə verib.
Marja.az-ın məlumatına görə, o deyib ki, yaxın aylarda büdcə kəsiri 5 milyard dollara çata bilər:
"Gələn həftə komandamızın maliyyə bölməsi Vaşinqtonda olacaq. Ukrayna ordusunun, Ukrayna iqtisadiyyatının və xalqımızın ehtiyaclarını maliyyələşdirmək üçün Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və ABŞ hökuməti ilə görüşlər keçiriləcək. Önümüzdəki aylarda büdcə kəsiri 5 milyard dollara çata bilər. Məhz buna görə də Qərbin maliyyə yardımına indi hər zamankindən daha çox ehtiyac var”.
Hökumət başçısı vurğulayıb ki, Ukrayna bu müharibəyə son qoymaq üçün diplomatik varianta hazırdır, lakin öz milli maraqlarından əl çəkməyəcək.
“Əgər Rusiya müharibəni diplomatiya yolu ilə bitirmək istəmirsə, biz bu müharibəni döyüş meydanında bitirməli olacağıq”, - Şmıqal davam edib.
Baş nazir Denis Şmıqal bəyan edib ki, hazırda büdcə kəsiri hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının yardımları sayəsində bağlanır.
Ukraynanın maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, bu gün Ukraynanın gömrük gəlirləri müharibədən əvvəlki rəqəmlərin 20%-ni, vergilər isə yarıya qədərini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





