Pirallahı Sənaye Parkında yeni şirkət - cihazlar istehsal edəcək
Layihənin investisiya dəyəri 2,75 milyon manatdır. 20 nəfər daimi işlə təmin ediləcək.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb, bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.
Marja xəbər verir ki, “Medtest” MMC tərəfindən Pirallahı Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək.
Layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Pirallahı Sənaye Parkının digər rezidentləri “Diamed Co” MMC, “R-Pharm” MMC, “İFFA” MMC və “Absheron Saffron Ltd” MMC-dir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
10 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
10 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
11 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 11 saat əvvəl
-
11 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
12 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 12 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
