Moody's: Bir neçə ay ərzində Bank VTB (Azərbaycan)-ın kapitalı artırılacaq
TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!
Bir neçə ay ərzində, səhmdarları, Bank VTB (Azərbaycan)-ın kapitalını birbaşa kapital artırımı və ya VTB Bankdan maliyyə vəsaitinin ayrılması yolu ilə artırmağı hədəfləyir.
"Marja" xəbər verir ki, bu barədə nüfuzlu kredit reytinqi agentliyi "Moody's Investors Service"in yaydığı məlumatda deyilir.
Moody's keçmişdə olduğu kimi, bu dəfə də səhmdarlarının bankı təkrar kapitallaşdıracağını gözləyir. VTB qrupu kapital axını və maliyyə vəsaiti ayrılması ilə törəmə banklarına maliyyə dəstəyi göstərmək təcrübəsinə sadiqdir.
Bank VTB (Azərbaycan) ASC Rusiyanın VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC (51%), “AtaHolding” ASC (48,99%) və Adıgözəl Ağayevdir (0,01%).
2017-ci ilin aprel ayının 1-nə olan məlumata görə, Bank VTB (Azərbaycan)-ın məcmu kapitalı 51,06 mln. manat həcmindədir və bu məbləğ də 50 milyon manat olan məcmu kapital tələbindən çoxdur.
Qeyd edək ki, bu ildən Bank VTB (Azərbaycan)-nın “sükanı” yeni komandaya həvalə olunub. Mart ayında bank sahəsində 15 ildən çox təcrübəyə malik olan Yevgeni Kirin VTB (Azərbaycan)-ın idarə heyətinə yeni sədr təyin olunub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
22 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 36 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib




















