"Azərbaycanda anbarlarda 43 milyon ədəd yumurta qalıb, satılmasa ciddi ziyan yaranacaq"
Yumurta istehsalçıları ixrac üçün dövlətdən dəstək istəyirlərBir müddət öncə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO) nümayəndələri arasında görüş keçirilib.
Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentinin yaydığı məlumatda bildirilir ki, görüşdə APEPEA-nı İdarə Heyətinin sədri Mürvət Həsənli, Elvin Abbasov, Müşfiq Hüseynov, Əkbər Şamoyev və Akif Əliyev, AZPROMO-nu isə İxracın təşfiqi departamentinin rəhbəri Tural Hacılı, həmçinin bu departamentin mütəxəssisi Kənan Müzəffərli təmsil edib.
APEPEA rəhbəri bildirib ki, Azərbaycan dövləti kənd təsərrüfatı istehsalının, ona bağlı emal sənayesinin inkişaf etdirilməsi üçün mühüm dəstək tədbirləri həyata keçirməkdədir. Belə dəstək tədbirlərindən biri də kənd təsərrüfatı istehsalçılarına öz məhsullarının ixracının təşkilində yardımı ehtiva edir. Bu dəstəyin nəticəsində Azərbaycandan xaricə qeyri-neft sektoruna aid məhsulların ixracı sürətlə artmaqdadır:
“Məlumatınız üçün bildirim ki, son illərdə Azərbaycanda quşçuluq sahəsi ciddi inkişaf yolu keçib. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Bu, xüsusilə yumurta istehsalında daha yüksəkdir. Belə ki, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır. Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar, lakin bu sahədə ciddi çətinliklərlə üzləşirlər. Bu sahədə istehsalçılarımıza dəstək verilməsini xahiş edirik”.
Yumurta istehsalçıları mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər.
Eyni zamanda qeyd olunub ki, yem və yem əlavələrinin qiymətində baş verən bahalaşma nəticəsində istehsal olunan yumurtanın maya dəyərində ciddi artım baş verib. Bu şəraitdə məhsulun satılmaması növbəti mərhələdə yem tədarükünə zərbə vurmaqla, istehsalın azalmasına gətirib çıxara bilər.
AZPROMO rəsmiləri bildiriblər ki, hazırda Azərbaycanın Dubayda ticarət evi var və yumurta istehsalçılarının mal təklifləri həmin ticarət evində təqdim olunacaq. Eyni zamanda yaxın vaxtlarda Qətərdə də ticarət evi açılacaq və onun imkanlarından da yumurta ixracı üçün istifadə ediləcək. AZPROMO rəsmilərinin verdiyi məlumatdan aydın olub ki, Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər və hazırda AQTA ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























