Rusiyanın iri market şəbəkələri Azərbaycandan yumurta istədilər
"AZPROMO rəsmilərinin verdiyi məlumatdan aydın olub ki, Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər və hazırda AQTA ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır".
Bu barədə Marja.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib.
Məlumata görə, AZPROMO rəsmiləri bildiriblər ki, hazırda Azərbaycanın Dubayda ticarət evi var və yumurta istehsalçılarının mal təklifləri həmin ticarət evində təqdim olunacaq. Eyni zamanda yaxın vaxtlarda Qətərdə də ticarət evi açılacaq və onun imkanlarından da yumurta ixracı üçün istifadə ediləcək.
YUMURTA İSTEHSALÇILARI SATIŞ BAZARLARI AXTARIRDILAR
Bir müddət öncə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO) nümayəndələri arasında görüş keçirilib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır: "Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar, lakin bu sahədə ciddi çətinliklərlə üzləşirlər".
Yumurta istehsalçıları mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























