Avropa İttifaqı 27,7 milyard avroluq ticarət kəsiri açıqladı
Avropa İttifaqının ixracı mart ayında ötən ilin eyni ayı ə müqayisədə 12,8 faiz artaraq 220,5 milyard avroya, idxal isə 40,4 faiz artaraq 248,2 milyard avroya yüksəlib. Beləliklə, Avropa İttifaqının xarici ticarət kəsiri martda 27,7 milyard avro təşkil edib.Avropa Statistika Xidməti (Euroostat) Avrozonanın mart ayı beynəlxalq ticarət məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) ixracı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 220,5 milyard avroya, idxalı isə 40,4% artaraq 248,2 milyard avroya yüksəlib Beləliklə, Aİ-nin xarici ticarət kəsiri martda 27,7 milyard avro təşkil edib.
Avro zonasında mart ayında ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artımla 250,1 milyard avro, idxal isə 35,4 faiz artımla 266,5 milyard avro təşkil edib. Avrozonanın ticarət kəsiri mart ayında 16,4 milyard avro olaraq qeydə alınıb.
Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkələr 45,4 milyard avro ilə ABŞ, 29,1 milyard avro ilə Böyük Britaniya, 21,1 milyard avro ilə Çin, 17 milyard avro ilə İsveçrə və 8,4 milyard avro ilə Türkiyə olub.
Aİ ölkələrinə ən çox ixrac edən ölkələr 52,5 milyard avro ilə Çin, 28 milyard avro ilə ABŞ, 23,4 milyard avro ilə Rusiya, 18,5 milyard avro ilə Böyük Britaniya, 14,1 milyard avro ilə İsveçrə, 11,8 milyard avro ilə Norveç və 8,2 milyard avrod ilə Türkiyədir.
İdxal olunan enerji məhsullarının maya dəyərinin sürətlə artması xarici ticarət kəsirinə səbəb olub.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
52 d. əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
1 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ























