Hyundai ABŞ-a 10 milyard dollardan çox sərmayə yatıracaq
Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai ABŞ şirkətləri ilə qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək üçün 2025-ci ilə qədər bu ölkəyə 10 milyard dollardan çox sərmayə yatıracaq.
Hyundai Motor Company-nin baş direktoru Eusiun Chung, paytaxt Seulda ABŞ prezidenti Co Bayden ilə görüşdən sonra 5 milyard dollarlıq yeni investisiya planını açıqlayıb.
Marja.az xəbər verir ki, daha öncə Corciya ştatında təxminən 5,5 milyard dollarlıq yeni elektrikli avtomobil istehsalı müəssisəsi açacağını açıqlamış Hyundai-nin 2025-ci ilə qədər ABŞ-da yeni investisiyalarının 10 milyard dolları keçəcəyi gözlənilir.
Qeyd edilir ki, bu sərmayələr elektromobil istehsalı ilə yanaşı, robototexnika, şəhər hava nəqliyyatı, avtonom idarəetmə və süni intellektə yönəldiləcək.
Bildirilir ki, Hyundai-nin Corciyada tikəcəyi zavodda təxminən 8 min 100 nəfər işlə təmin olunacaq və müəssisə ildə 300 min elektrik avtomobili istehsal edəcək.
Bayden Cənubi Koreya şirkətlərinin investisiyalarından razı qalıb
Seula səfəri zamanı Bayden Hyundai və Samsung-un ABŞ-a yatıracaqları yeni investisiyalardan məmnunluğunu ifadə edib.
Hyundai-nin elektrik avtomobili layihəsi haqqında Prezident Bayden deyib: "Elektrikli nəqliyyat vasitələri iqlim məqsədlərimiz üçün yaxşıdır, lakin onlar biznes (sənaye) üçün də yaxşıdır."
Texasda 17 milyard dollarlıq kompüter çipi istehsalı müəssisəsi açmağı planlaşdıran Samsung-u da ziyarət edən Bayden, "İnvestisiyalar iki ölkəni yaxınlaşdıracaq və tədarük zəncirlərimizi gücləndirməyə kömək edəcək, Bu, şirkətləri şoklardan qoruyacaq və iqtisadiyyatlarımıza rəqabət üstünlüyü verəcək” ifadələrdən istifadə edib.
Digər tərəfdən Yaponiyaya getməzdən əvvəl Osan Hava Bazasında ABŞ əsgərlərini ziyarət edən Bayden Şimali Koreyaya qarşı hazır olduqlarını dilə gətirib.
Baydenin Cənubi Koreyaya səfərini bu gün başa vuraraq Yaponiyaya gedəcəyi gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
18 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
18 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
19 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 19 saat əvvəl
-
20 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
